Cəld ayəsi

wikishia saytından
(Zinanın şəri cəzası ayəsi səhifəsindən yönləndirilmişdir)
Cəld ayəsi
Yerləşdiyi surəNur
Ayənin nömrəsi2
Cüz18
Nazil olma məkanıMədinə
MövzuFiqh
BarəsindəZinanın şəri cəzası
Başqa ayələr ilə bağlılığıFəhşanın cəzası ayəsi


Cəld ayəsi (ərəbcə: آية الجلد) və ya zina ayəsi "Nur" surəsinin ikinci ayəsidirzina edən qadın və kişinin şəriət cəzasını müəyyən edir. Bu ayəyə əsasən, zinanın cəzası yüz şallaq vurulmasıdır və bu, möminlərdən bir qrupun iştirakı ilə icra edilməlidir. Həmçinin zina edənlərə qarşı mərhəmət göstərilməməsi tövsiyə olunur. Fiqh alimlərinin fikrincə, bu ayə yalnız kölə və ya "mohsin" (evli, halal cinsi əlaqəyə imkanı olan) olmayan zina edənlərə aiddir. Bəzi təfsirçilərə görə, bu ayə "Nisa" surəsinin 15-ci ayəsində qadın zinakarlar üçün müəyyən edilmiş hökmü nəsx etmişdir.

Cəld ayəsinin əhəmiyyəti

"Nur" surəsinin 2-ci ayəsinə "Cəld ayəsi" və ya "zina ayəsi" deyilir.[1] Bu ayə "ayatul-əhkam" (əhkam ayələr)indən biridir və fiqh alimləri zina edənlərin cəzasını bu ayəyə əsaslanaraq müəyyən etmişlər.[2] Ayədə belə buyurulur:

«الزَّانِيَةُ وَالزَّانِي فَاجْلِدُوا كُلَّ وَاحِدٍ مِنْهُمَا مِائَةَ جَلْدَةٍ وَلَا تَأْخُذْكُمْ بِهِمَا رَأْفَةٌ فِي دِينِ اللَّهِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَلْيَشْهَدْ عَذَابَهُمَا طَائِفَةٌ مِنَ الْمُؤْمِنِينَ»
"(Ey müsəlmanların adil hakimləri,) zina etmiş qadınla zina etmiş kişinin hər birinə yüz şallaq vurun. Əgər Allaha və axirət gününə imanınız varsa, məbada Allahın dinində (onun icrasında) o ikisinə (zinakarlara) qarşı mərhəmət və ürəyiyumşaqlığa düçar olasınız! Və gərək o ikisinin əzabına möminlərdən bir dəstəsi şahid olsun"



(Nur, 2)[3]


Bəzi təfsirçilərin fikrincə, bu ayə üç əsas məsələyə işarə edir:

  1. Zina edənlər üçün yüz şallaq vurulmasını cəza olaraq müəyyən edir.
  2. Zina edən şəxslərə qarşı əsassız mərhəmət və sevgi göstərilməsini qadağan edir.
  3. Möminlərdən bir dəstənin cəza zamanı iştirak etməsini əmr edir ki, bu, başqalarına ibrət olsun.[4]

Fiqhi Tətbiq

"Şərayiül-İslam" kitabında zinakar şəxsə yüz qamçı vurulması cəza kimi təyin edilmişdir. Lakin bu hökm, yalnız mohsin olmayanlara (nikah yolu ilə halal cinsi əlaqəyə sahib olmayan) şəxslərə aiddir. "Mohsin" (halal cinsi əlaqəyə sahib olan) zinakarın cəzası isə "rəcm" (daşqalaq) edilməkdir.[5]

Əllamə Hilli öz "Təhrirül-Əhkam" adlı kitabında qeyd edir ki, zinakar kişiyə çılpaq halda qamçı vurulmalıdır, lakin onun baş, üz və cinsi orqanları qamçıdan qorunmalıdır. O, ayədəki "Allahın hökmündə o ikisinə qarşı rəhm etməyin" ifadəsinə istinad edərək qamçı zərbələrinin sərt olmasını vacib bilmişdir.[6]

Şeyx Tusi, ayədəki "və onların cəzasına möminlərdən bir qrup şahid olsun" ifadəsinə istinad edərək, hakimin zinakarın cəzalandırılacağı barədə camaatı xəbərdar etməli və cəzanın onların gözü qarşısında icra edilməsini təmin etməli olduğunu bildirir. Bunun əsas məqsədi cəmiyyəti belə əməllərdən çəkindirməkdir.[7] Orada iştirak edənlərin yaxşı əməlli insanlar olması məqsədəuyğundur.[8] Təbərsinin "Məcməül-Bəyan" təfsirində dediyinə görə, təfsirçilər "möminlərdən bir qrup" ifadəsini bir, iki, üç və daha çox insan olaraq izah etmişlər.[9]

"Nur" surəsinin 2-ci ayəsinin həmçinin "fəhşa"nın (zinanın) cəzası ilə bağlı ayəni nəsx (dəyişdirib ləğv) etdiyini bildirmişlər. Seyid Məhəmməd Hüseyn Təbətəbai, "Əl-Mizan" təfsirində qeyd edir ki, "cəld" ayəsi "Nisa" surəsinin 15-ci ayəsini nəsx etmişdir. Çünki "Nisa" surəsində deyilir ki, "Qadınlarınız zina edərsə, onları ölümləri çatana qədər evdə saxlayın, ya da Allah onlara bir yol təyin edənə qədər belə qalsınlar".[10] Təbətəbaiyə görə, "ya da Allah onlara bir yol təyin etsin" ifadəsi həmin ayənin gələcəkdə nəsx ediləcəyinə işarə edir.[11]

Təfsiri nöqtələr

Şiə təfsirçisi Təbərsi, bu ayəni izah edərkən aşağıdakı məqamlara diqqət çəkir:

  1. Bu ayə yalnız hür (azad) və möhsin olmayan qadın və kişilər haqqındadır. Əgər zinakar şəxs kölə (kəniz və ya qul) olarsa, onların cəzası "Nisa" surəsinin 25-ci ayəsinə" əsasən, azad şəxsin cəzasının yarısıdır.[12] Ayədə belə deyilir: "Beləliklə əgər bu qadınlar (kənizlər) evlənəndə(n sonra) çirkin işə (zinaya) mürtəkib olsalar, onların cəzası azad qadınlar üçün olanın yarısı qədərdir".[13]
  2. Bu ayənin müraciəti şiə imamlarına (ə) və onların təyin etdiyi hakimlərədir. Çünki yalnız imamlar (ə) və onların hakimləri şəriət hökmlərini icra edə bilərlər.[14]
  3. Ayədə "zaniyə" (zinakar qadın) ifadəsinin "zani" (zinakar kişi) sözündən əvvəl gəlməsinin səbəbi olaraq aşağıdakılar göstərilmişdir:
  • Zinakarlıq qadınlar üçün daha utancvericidir.[15]
  • Şəhvət qadınlarda daha güclüdür.[16]
  • Hamiləlik səbəbindən zinanın qadınlara zərəri daha çoxdur.[17]

Əlaqəli məqalələr

İstinadlar

  1. Xorasani, Ayate namdar, c.1, s.380
  2. Mühəqqiq Hilli, Şəraiul-İslam, c.4, s.137; Əllamə Hilli, Təhrirul-əhkam, h.q 1420, c.5, s.319; Şeyx Tusi, Ən-Nəhayə, h.q 1400, s.701
  3. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  4. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.14, s.359-360
  5. Mühəqqiq Hilli, Şəraiul-İslam, c.4, s.137
  6. Əllamə Hilli, Təhrirul-əhkam, h.q 1420, c.5, s.319
  7. Şeyx Tusi, Ən-Nəhayə, h.q 1400, s.701
  8. Şeyx Tusi, Ən-Nəhayə, h.q 1400, s.701
  9. Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.7, s.220
  10. Nisa surəsi, ayə 15
  11. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.4, s.235
  12. Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.7, s.219
  13. Nisa surəsi, ayə 25
  14. Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.7, s.219
  15. Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.7, s.219
  16. Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.7, s.219
  17. Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.7, s.219

Ədəbiyyat

  • Xorasani, Əli, Ayate namdar, Qum, Ketabe bustan müəssisəsi, h.ş 1382
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, 2-ci çap, h.q 1390
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Beyrut, 1-ci çap, h.q 1415
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ən-Nəhayə, Beyrut, 2-ci çap, h.q 1400
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təhrirul-əhkam, Qum, İmam Sadiq 9ə) müəssisəsi, 1-ci çap, h.q 1420
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, Qum, İsmailiyyan müəssisəsi, 2-ci çap, h.q 1408
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 32-ci çap, h.ş 1374