Həzrət Əliyə (ə) lənət demək

wikishia saytından
(İmam Əliyə lənət demək səhifəsindən yönləndirilmişdir)

Həzrət Əliyə (ə) lənət deməyin (ərəbcə: سب علي) əsasını Müaviyə ibn Əbu Süfyan qoymuşdur. Bəni-Üməyyə xəlifələri və ardıcılları hökumətin rəsmi minbərlərində İmam Əliyə (ə) qarşı lənət deyərək nalayiq ifadələr işlədirdilər. Bu əməl təxminən altmış il davam etdi və nəhayət Ömər bin Əbdüləziz tərəfindən qadağan edildi. Buna baxmayaraq İmam Əli (ə) öz səhabələrini Müaviyəni söyməkdən çəkindirirdi.

Müaviyə, Mərvan ibn Həkəm, Muğeyrə bin ŞöbəHəccac ibn Yusif Səqəfi minbərdə İmam Əlini (ə) lənət deyən Əməvi dövrünün hakimlərindən idilər. Həmçinin, Ətiyyə bin Səd İmam Əliyə (ə) lənət demədiyi üçün Həccac bin Yusif tərəfindən cəzalandırılmışdı.

Bəzi şiə alimləri İmam Əlinin (ə) lənət deməyin nasibiliyə səbəb olacağını bəyan etmişlər.

Konseptologiya

Rəvayətlərdə işlədilən “Səbbu Əli” ifadəsi nalayiq sözlərə deyilir.[1] İbn Əsir insanın lənət deməsinin səbb, yəni nalayiq ifadə ilə eyni hökmdə olduğunu qəbul etmişdir.[2] Bəziləri isə, lənət deməyin səbb, yəni nalayiq söz mənasında və ya qovmaq mənasında olduğunu bildirmişlər.[3] Bəziləri isə, səbb ilə lənətin arasında fərq qoyaraq, səbbin nalayiq ifadə olduğunu, lənətin isə Allahın rəhmətindən məhrum etmək mənasında olduğunu bəyan etmişlər.[4]

İmam Baqir (ə) İmam Səccad (ə) barəsində belə nəql edir ki, İmam Səccad (ə) öz xanımlarından birini İmam Əliyə (ə) qarşı nalayiq ifadə işlətdiyi üçün talaq vermişdi.[5] Bəziləri isə bu hədisə istinad edərək Həzrət Əliyə (ə) qarşı nalayiq ifadə işlətməyin nasibiliyə səbəb olacağını bildirmişlər.[6]

Ayətullah-uzma Cəfər Sübhani Müaviyənin Həzrət Əliyə (ə) lənət deməsinin nasibiliyin müsəlmanlar arasında mənşəyi və yayılmasının başlanğıcı olduğunu bildirmişdir.[7]

Şiə fəqihləri Həzrət Əlini (ə) təhqir edən şəxsin qanını halal hesab etmişlər.[8]

Tarixi

Tarixi mənbələrə əsasən, Həzrət Əlinin (ə) Bəni-Üməyyə tərəfindən lənət edilməsi hələ o Həzrət (ə) sağ ikən həyata keçirilib. O həddə ki, hətta İmam Həsən (ə) Müaviyə ilə sülh imzalayanda sülh müqaviləsinin şərtlərindən biri də Həzrət Əliyə (ə) minbərlərdə lənət deyilməməsi idi.[9] Bəni-üməyyə zamanında İmam Əlinin fəzilətlərini dilə gətirmək, o Həzrətin (ə) haqqında hansısa yaxşı fikri bəyan etmək, uşaqlara Əli adını qoymaq qadağan idi və bu qadağalar Həzrətin (ə) düşmənləri tərəfindən atılan digər addımların sadəcə bir neçə nümunəsidir.[10]

Üçüncü xəlifə Osmanın öldürülməsindən sonra tərəfdarları İmam Əliyə (ə) beyət etməmək üçün o Həzrəti (ə) Osmanın qətlinin səbəbkarı kimi göstərdilər. Müaviyə bu fitnənin yatmaması üçün İmam Əliyə (ə) lənət deməyə əmr etdi.[11] Halbuki, Mərvan İmam Səccada (ə) xitab edərək belə deyir: “Osmanın mühasirəsində heç kim Əli (ə) kimi onu müdafiə etmədi.” İmam isə cavabında belə buyurur: “Bəs niyə minbərdə oturaraq onu qarşı nalayiq ifadələr səsləndirirsən?” Mərvan cavab verir: Hökumətimizin əsasını bu təhqirlərdən başqa bir yolla qoruya bilmərik.[12] Zəməxşəriyə görə, Əməvilər dövründə Müaviyənin qoyduğu ənənəyə uyğun olaraq İmam Əliyə (ə) 70 min minbərdən lənət deyilirdi.[13]

İmam Əlinin (ə) lənətlənməsi Ömər İbni Əbdüləzizin xilafətinə (hicri 101-99) qədər təxminən 60 il davam etdi və Ömər İbni Əbdüləziz xilafətə çatdıqdan sonra bütün valilərinə bu əməli dayandırmağı əmr etdi. VIII əsrin tarixçisi İbn Xəldun nəql edir ki, Ömər İbn Əbdüləziz bütün İslam bölgələrinə məktub yazıb Həzrət Əliyə (ə) lənət deyilməsini dayandırmaq üçün əmr verənə qədər Əməvilər Əlini (ə) durmadan lənətləyirdilər.[14]

Ümmü Sələmənin Peyğəmbərdən (s) nəql etdiyi hədisə görə, Allah rəsulu (s) İmam Əlini (ə) lənətləməyin özünü lənətləməklə, başqa nüsxədə isə Allahı lənətləməklə eyni olduğunu bildirib.[15]

Əllamə Məclisi özünün Biharul-Ənvar kitabında Ümmü Sələməyə aid edilən rəvayətdən əlavə, bu barədə başqa rəvayətlər də nəql etmişdir.[16]

Həsən ibn Əlinin (ə) vəfatından sonra Müaviyə Həccə getdi və sonra Mədinəyə daxil oldu. Peyğəmbərin minbərində Əliyə lənət demək istəyirdi. Ona dedilər ki, Səd ibn Əbi Vəqqas bunun əleyhinədir. Müaviyə Sədə xəbər göndərib fikrini soruşdu. Səd dedi ki, əgər Müaviyə minbərdə Əliyə lənət desə, mən məsciddən çıxacağam və bir daha geri qayıtmayacağam. Müaviyə Səd ölənə qədər Əliyə lənət deməkdən çəkindi. Sədin vəfatından sonra Müaviyə Əlini lənətlədi və məmurlarına minbərlərində Əlini lənətləmələrini əmr etdi və onlar da bunu etdilər. Peyğəmbərin həyat yoldaşı Ümmü Sələmə Müaviyəyə məktub yazdı. Etiraz etdi və dedi ki, Allah və Peyğəmbəri onu (Əlini (ə)) sevir. Amma Müaviyə onun sözlərinə əhəmiyyət vermədi.

İbn Əbdrəbbə (4-cü əsrin əhli-sünnət tarixçisi)


Müaviyə

Müaviyə dəfələrlə İmam Əliyə (ə) lənət demişdir. O cümlədən: Hicri 4-cü əsrində yaşamış tarixçi Təbərinin nəql etdiyinə görə, Müaviyə hicri təqviminin 41-ci ilində Muğeyrə İbn Şöbəni Kufəyə vali təyin edərkən ondan Əli ibn Əbi Talib (ə) barəsində nalayiq sözlər deməsini və Osmanı tərifləməsini tələb edir.[17] O həmçinin Muğeyrə İbn Şöbəyə Həzrət Əlinin (ə) tərəfdarlarını sürgün etməyi tövsiyə edir.[18]

Müaviyə həmçinin Nəxilədə İmam Həsən (ə) ilə sülh bağladıqdan sonra xalqdan beyət alır və öz xütbəsində İmam Əli (ə) və İmam Həsəniyə (ə) qarşı nalayiq ifadələr səsləndirir.[19]

Mərvan İbn Həkəm

Sünni tarixçisi Zəhəbi özünün Tarix kitabında nəql etdiyinə görə, Mərvan ibn Həkəm hicri 41-ci ildə Mədinəyə hakim təyin olunur və altı illik hakimiyyəti dövründə hər cümə günü minbərə çıxaraq Həzrət Əliyə (ə) lənət deyir. Ondan sonra Səid bin As iki il valilik edir. Ancaq o, Əli İbn Əbi Talibə (ə) lənət demir. Səid İbn Asdan sonra Mərvan yenidən vali olur və o, yenə də Əliyə (ə) lənət deməyə davam edir.[20]

Muğeyrə İbni Şöbə

Hicri tarixinin 3-cü əsrində yaşamış tarixçi Bəlazuri, Müaviyə tərəfindən doqquz il Kufə valisi olmuş Muğeyrə İbni Şöbənin pis xüsusiyyətlərindən biri kimi onun Əli İbni Əbu Talibə (ə) davamlı olaraq lənət deməsi olduğunu bəyan edir.[21]

Həccac bin Yusif

İbn Əbil-Hədidin “Nəhcül-bəlağənin şərhi” kitabında qeyd etdiyinə görə, Həccac ibn Yusif İmam Əlini (ə) lənətləməklə yanaşı, başqalarına da bunu əmr etmiş və bu əməlinə görə xoşhal olurdu.[22] Beləki, bir nəfər ona belə deyir: “Ailəm mənə zülm edərək adımı Əli qoyub. Mənim adımı dəyiş və mənə dolanmağım üçün bir şeylər əta et. Doğrusu mən kasıbam.” Həccac dedi: “Sənin bu incə davranışına görə adını filankəs qoydum və filan işi sənə həvalə etdim.[23]

Digər rəvayətlərdə Həccac bin Yusif Həzrət Əliyə (ə) lənət deməyi tərifəlayiq bir əməl olaraq qəbul etmişdi.[24] Beləki, Ətiyyə İbni Səd İbni Cənadə Kufinin tərcümeyi-halında bəyan olunmuşdur ki, Həccac ibni Yusif ondan Əli İbni Əbi Talibi (ə) lənətləməsini, əks halda 400 şallaq zərbəsi vuracağını bildirir. Ancaq, Ətiyyə bundan imtina edir və buna görə ona 400 qamçı vururlar və saç-saqqalı da qırxırlar.[25]

İmam Əlinin (ə) Müaviyəyə lənət deyilməsinə qarşı çıxması

Müaviyə minbərlərdə İmam Əlini (ə) lənət deyilməsinə əmrini verdi. Halbuki, daha öncə Siffeyn döyüşündə Əli ibn Əbi Talib (ə) Müaviyəni söyməyə və ona lənət deməyə qarşı çıxmışdı.[26]

İmam Əlinin (ə) ordusunda yer alan Hucr İbn ƏdyƏmir ibn Homq Müaviyə və Şam əhlinə lənət deyəndə, İmam onlara bunu etməyi qadağan edir və səhabələrin verdiyi “məgər biz haqq deyilik?” sualına cavab olaraq isə belə deyir: “Biz haqq əhliyik, ancaq mən lənət deyən və pis sözlər işlədən insanlardan olmağınızı istəmirəm.

İmam Əli (ə) həmçinin onlara buyurur: “Allahdan bizim və onların qanını qorumasını, bizimlə onlar arasında sülh olmasını və onları azğınlıqdan xilas etməsini istəyin ki, haqqı tanımayan onu tanısın və öz batil yolunda israrla dayanan şəxs bu yoldan əl çəksin.[27]

İstinadlar

  1. Türeyhi, Məcməul-bəhreyn, h.ş 1375, c.2, s.80
  2. İbn Əsir, Ən-Nəhayə, h.ş 1367, c.4, s.255
  3. Bəstani, Fərhənge Əbcədi, h.ş 1375, s.756
  4. Fəxəli, Məcmueye qoftemanhaye məzahibe İslami, h.ş 1383, s.299
  5. Tusi, Təhzibul-əhkam, h.q 1407, c.7, s.303
  6. Bəlqan Abadi, Şəvahide nəsb dər asare Buxari, s.79
  7. Cəfər Sübhani, Qozide simaye əqaide şie, h.ş 1398, s.22
  8. Muğniyə, Fiqhul-İmamis-Sadiq (ə), h.q 1421, c.6, s.278
  9. Təbərsi, İlamul-vəra, h.q 1390, s.206
  10. Məhəmmədi Reyşəhri, Daneşnameye Əmirəl-möminin (ə), h.q 1428, s.475-483
  11. Cəmşidilər və başqaları, Porupaqandaye Bən-Üməyyə əleyhe xandane Payembər (s), s.15-18; Kövsəri, Bərresiye rişehaye tarixi Nasibigəri, s.96-100
  12. Zəhəbi, Tarixul-İslam, h.q 1409, c.3, s.461
  13. Zəməxşəri, Rəbiul-əbrar, h.q 1412, c.2, s.186
  14. İbn Xəldun, Tarixu İbn Xəldun, h.q 1408, c.3, s.94
  15. Seyyid ibn Tavus, Bənaul-məqalətil-Fatimiyyə, h.q 1411, s.212; İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1417, c.42, s.533
  16. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.39, s.311-330
  17. Təbəri, Tarixut-Təbəri, h.q 1387, c.5, s.253
  18. Təbəri, Tarixut-Təbəri, h.q 1387, c.5, s.253; Zəhəbi, Tarixul-İslam, h.q 1409, c.5, s.231
  19. Hairi Kərəki, Təsliyətul-mucalis və ziynətul-məcalis, h.q 1418, c.2, s.51-52; Əbül-Fərəc isfahani, Məqatilu-talibin, h.q 1419, s.78
  20. Zəhəbi, Tarixul-İslam, h.q 1409, c.5, s.231
  21. Bəlazuri, Ənsabu-əşraf, h.q 1400 \ m. 1979, c.5, s.243
  22. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.4, s.58
  23. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.4, s.58
  24. Əskəri, Məalimul-mədrəsəteyn, h.ş 1386, c.1, s.415-416
  25. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.6, s.305
  26. Diynəvəri, Əl-Əxbarut-tival, h.ş 1368, s.165
  27. Diynəvəri, Əl-Əxbarut-tival, h.ş 1368, s.165

Ədəbiyyat

  • Bəlazuri, Əhməd ibn yəhya, Ənsabul-əşraf, Təhqiq: Ehsan Abbas, Beyrut, h.q 1400 \ m. 1979
  • Bəlqanabadi, Həsən, Şəvahide nəsb dər asare Buxari
  • Fəxəli, Məcmueye qoftemanhaye məzahibe İslami, h.ş 1383
  • Cəmşidilər və başqaları, Porupaqandaye Bən-Üməyyə əleyhe xandane Payembər (s), h.ş 1390
  • Hairi Kərəki, Məhəmməd ibn Əbi Talib, Təsliyətul-mucalis və ziynətul-məcalis, Qum, h.q 1418
  • Diynəvəri, Əbu Hənidə ibn Davud, Qum, h.ş 1368
  • Zəhəbi, Məhəmməd ibn Əhməd, Tarixul-İslam, Beyrut, Darul-kitabil-ərəbi, 2-ci çap, h.q 1409
  • Zəməxşəri, Mahmud ibn Əmir, Rəbiul-əbrar, Beyrut, h.q 1412
  • Sübhani, Cəfər, Qozide simaye əqaide şie, Tehran, h.ş 1398
  • Seyyid ibn Tavus, Əhməd ibn Musa, Bənaul-məqalətil-Fatimiyyə, Qum, h.q 1411
  • Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Tehran, Darul-kutubil-İslamiyyə, 3-cü çap, h.q 1390
  • Tureyhi, Fəxrud-din, Məcməul-bəhreyn, Təhqiq: Hüseyni, Seyyid Əhməd, Tehran, 3-cü çap, h.ş 1375
  • Şeyx Tusi, Təhzibul-əhkam, Mühəqqiq: Musəvi Xorasan, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Əskəri, Mürtəza, Məalimul-mədrəsəteyn kitabının tərcüməsi, Qum, h.ş 1386
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1430 \ m. 1983
  • Kövsəri, Əhməd, Bərresiye rişehaye tarixi Nasibigəri, h.ş 1393
  • Muğniyə, Məhəmməd Cavad, Fiqhul-İmamis-Sadiq (ə), Qum, Ənsariyan müəssisəsi, h.q 1421