Müharibə ayəsi
Müharibə ayəsi (ərəbcə: آية المحاربة) -Maidə, 33- Allah və Allahın Peyğəmbəri ilə vuruşanların əzabından bəhs edir. Əksər təfsirçilər bu ayənin bəzi müsəlmanları öldürüb onların dəvələrini oğurlayan bir qrup yeni müsəlman haqqında nazil olduğuna və Peyğəmbərin (s) onları bu ayəyə görə cəzalandırdığına inanırlar.
Bu ayə fiqhdə müharibənin hökmlərini çıxarmaq üçün əsas kimi istifadə olmuşdur. İnsanların malını açıq-aşkar oğurlayan və ya silahla onları əsir alan şəxsi fəqihlər müharibə edən hesab edirlər. Həmçinin bu ayəyə istinad edərək inanırlar ki, müharibə edənin cəzası öldürülmək, çarmıxa çəkilmək (xaça bənzər bir şeyə bağlamaq), əl-ayağının çarpaz (sağ əllərilə sol ayaqlarını) kəsilməsi və yaşadığı şəhərdən çıxartmaqdır (sürgün).
Əlbəttə ki, onların bir qrupu hakimin bu cəzalardan hər hansı birini Müharibə edən şəxsə tətbiq edə biləcəyi qənaətindədir, lakin başqa bir qrup Müharibə edənin törətdiyi cinayətin növündən asılı olaraq dörd cəzadan birinin və ya bir neçəsinin icra olunacağını bildirir.
Ayənin mətni və tərcüməsi
إِنَّمَا جَزَاءُ الَّذِينَ يُحَارِبُونَ اللَّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الْأَرْضِ فَسَادًا أَنْ يُقَتَّلُوا أَوْ يُصَلَّبُوا أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُمْ مِنْ خِلَافٍ أَوْ يُنْفَوْا مِنَ الْأَرْضِ ۚ ذَٰلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ
Həqiqətən, Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan (insanları qorxutmaq, asayişi pozmaq və onların haqlarına təcavüz etmək məqsədi ilə soyuq və ya isti silahla zahir olan) kəslərin cəzası yalnız öldürülmək və ya dar ağacından asılmaq, yaxud əlləri və ayaqlarının (bir əlin dörd barmağı ilə bir ayağın dörd barmağının) çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır. Bu, onlar üçün dünyada həqirlik və xarlıqdır və onlar üçün axirətdə böyük bir əzab vardır.[1]
(Maidə, ayə 33)
Ayənin nazil olma səbəbi
Təfsirçilərin əksəriyyəti Müharibə ayəsinin Ürəynian haqqında nazil olduğuna inanırlar.[2] Ürəynian Mədinəyə gedib müsəlman olan müşriklər idilər;[3] Amma Mədinənin havası onlara uyğun olmadığı üçün xəstələndilər və Peyğəmbərin (s) göstərişi ilə dəvə südündən istifadə edib sağaldılar. Sağaldıqdan sonra mürtəd oldular və bir neçə müsəlmanı öldürdükdən sonra dəvələri oğurlayıb Mədinədən qaçdılar.[4] Əllamə Təbatəbainin dediyinə görə, İmam Əli (ə) Peyğəmbərin (s) göstərişi ilə onları tutub o Həzrətin yanına apardı.[5] Bu zaman da Məhəribə ayəsi nazil oldu və Peyğəmbər (s) onları bu ayəyə əsasən, cəzalandırdı.[6] Bir dəstə də Ürəynianın sadəcə oğurluq etdiklərinə inanırlar. Bu səbəbdən də ayəyə əsasən, Peyğəmbər (s) onların yalnız əl və ayaqlarını kəsmişdir.[7] Ürəynianın əhvalatı "Kafi" kitabında da İmam Sadiqdən (ə) nəql edilmişdir.[8]
Müharibə ayəsi üçün başqa nazil olma səbəbləri də bəyan edilmişdir.[9] Fəxr Razinin fikrinə əsasən, bu ayə bəni-israil qövmü haqqında nazil olmuşdur; Çünki onlar fəsad törədənləri öldürməkdə həddi aşdılar.[10] Digər təfsirçilər də başqa nazil olma səbəblərinin olma ehtimalını vurğulayıblar: Yol kəsənlər, həcc və ziyarət karvanlarının mallarını oğurlayanlar, müşriklər və əhd-peymanı pozanlar.[11] Əllamə Təbatəbainin deiyinə əsasən, bu ayənin nazil olması ilə bağlı rəvayətlər cüzi fərqlə altı mötəbər və səhih sünni kitabında da qeyd edilmişdir.[12]
Surənin təfsiri
Maidə surəsinin 33-cü ayəsi "Müharibə" ayəsi kimi tanınır.[13] Habelə təfsirçilərin fikrincə, İslam cəmiyyətində əmin-amanlığı pozan və soyğunçuluq edən hər kəs müharibə edən sayılır,[14] çünki bir müharibə edən əslində Allah və Allahın Rəsulu (s) ilə müharibə etdiyini elan etmişdir.[15] Müharibə ayəsinə əsasən, müharibə edən şəxs dörd cəza növündən biri ilə cəzalandırılır:[16]
- Öldürülmək o müharibə edənin cəzasıdır ki, bir insanı da öldürüb.[17] Hicri 9-cu əsrdə şiə fəqihi və təfsirçisi olan Fazil Miqdad hesab edir ki, öldürülən şəxsin qan sahiblərinin bağışlaması ilə hökm aradan getmir. Müharibə edən şəxs mütləq öldürülər.[18]
- Çarmıxa çəkmək (cinayətkarın əl-ayağını xaça bənzər bir şeyə bağlamaq) adam öldürməklə yanaşı, oğurluq da etmiş şəxsin cəzasıdır.[19] Hicri 6-cı əsrin şiə fəqihi və təfsirçisi Fəzl bin Həsən Təbərsi hesab edir ki, Müharibə edən şəxs öldürüldükdən sonra üç dəfə asılır.[20] "Kəşfül-Əsrar" kitabının rəvayətinə görə, Müharibə edən şəxs üç gün öldürülməzdən əvvəl və ya öldürüldükdən sonra asılır. Bunu müəyyən etmək isə İmamın ixtiyarındadır.[21]
- Əllərin və ayaqların kəsilməsi, müharibə etməkdən əlavə yalnız oğurluq etmiş şəxsin cəzasıdır.[22] İmam Sadiq (ə) buyurmuşdur ki, sağ əl və sol ayaq nəzərdə tutulur.[23] Bundan əlavə, bir dəstə əl və ayaqın kəsilməsindən məqsədin əl və ya ayaqdan dörd barmağın kəsilməsi kimi qəbul etmişlər.[24] Əl və ayaqın kəsilməsi o surətdə icra edilir ki, oğurlanmış mal oğurluğun nisab həddi qədərində olsun.[25]
- Sürgün və ya həbsxana xalq arasında qorxu və əmniyyətsizlik yaradan şəxs üçündür.[26] Bir qrup təfsirçi (ya öz torpağından sürgün edilər) kimi tərcümə edilən "əv yənfəv minəl-ərz" təbirini müharibə edən şəxsin başqa bir şəhərə sürgün edilməsi və digər bir dəstə isə onun həbs edilməsi kimi məna ediblər.[27] Həmçinin müharibə edən şəxsin müşriklərin yaşadığı şəhərlərə getməsinin qarşısını almağın lazım olduğu bildirilmişdir.[28] Fazil Miqdadın yazdığı "Kənzül-İrfan" kitabında dörd sünni məzhəblərindən birinin banisi Şafii tərəfindən qeyd edilmişdir: Sürgün edilmiş müharibə edən şəxslə alqı-satqı, ona kömək etmək və onunla görüşmək də daxil olmaqla, heç bir əlaqəniz olmamalıdır.[29]
Müsəlman təfsirçilərinin fikrincə, qeyd olunan cəzalar müharibə edən şəxsin cinayətinin şiddətinə görə təyin edilir;[30] Necə ki, İmam Baqir (ə) və İmam Sadiqdən (ə) də belə nəql edilmişdir.[31] Bəziləri də müharibə edən şəxsin cəzalandırılmasının formasının hakim[32] və ya İmam[33] tərəfindən təyin edildiyini bildiriblər. Müharibə ayəsinə əsasən, bu cəzalar dünya ilə əlaqədardır və axirətdə Müharibə edənin əzab olmasına mane olmur.[34]
Müharibə edən şəxsin tövbəsi
Təfsirçilərin fikrincə, müharibə edən şəxs həbs olunmazdan əvvəl tövbə edərsə, tövbəsi qəbul olar və cəzalandırılmaz.[35] Hicri 10-cu əsrdə yaşamış mühəddis Siyutinin nəql etdiyinə əsasən, Haris ibn Bədr Misirdə qılıncını camaatın üzərinə çəkdi. lakin o, tövbə etdi və müsəlmanlardan bəziləri Onu İmam Əlinin (ə) yanına apardılar. İmam Əli (ə) onun peşman olduğuna əmin olduqdan sonra onun tövbəsini qəbul etdi və ona amannamə verdi.[36] Əlbəttə, müharibə edənin tövbə etməsi halında, yalnız onun ictimai təhlükəsizliyi pozmaq cinayəti diqqətə alınmır; Amma əgər oğurluq edib və ya adam öldürübsə, ona müvafiq cəza verilməlidir.[37] Həmçinin həbs olunduqdan sonra tövbə etsə, cəzası ləğv olunmaz.[38]
Fiqhi istifadəsi
Fiqh kitablarında müharibə edən şəxsin şəri hökmü "müharibə" ayəsinə əsasən bəyan edilmişdir. Ayətullah Meşkininin fikrincə, fəqihlərin fətvasına əsasən, aşkar şəkildə və zorla başqasının malını alan və ya insanları əsir götürən şəxs müharibə edən ayılır.[39] Müharibənin həyata keçməsi üçün silah çəkmək, xalqda qorxu yaratmaq və müharibə edən şəxsin fasid olması kimi müxtəlif şərtlər bəyan edilmişdir.[40]
Bir qrup fəqih, zımmə əhli, mürtəd, yol kəsən və müsəlmanları qorxudan hər kəs daxil olmaqla, müharibə edən şəxs üçün nümunələr qeyd ediblər.[41] Həmçinin bəzi fəqihlər müharibədən məqsədi müsəlmanlarla döyüşmək hesab ediblər.[42]
Cəzanın ixtiyari və ya tərtib əsasında olması
Müharibə ayəsinə əsasən, müharibə edən şəxsin dörd cəzası vardır.[43] Lakin fəqihlər müharibə edən şəxsin necə cəzalandırılması mövzusunda ixtilaf etmişlər;[44] Şeyx Səduq,[45] Şeyx Müfid,[46] Əllamə Hilli,[47] və İmam Xomeyni (r.ə)[48] cəzanı ixtiyari bilir və hesab edirlər ki, hakim dörd cəzadan birini seçə bilər. Əksinə, Şeyx Tusi, Məhəmməd Həsən Nəcəfi, Sahib Riaz və Seyyid Əbül-Qasim Xoinin müharibə edənin cəzasının nizamlı və tərtib əsasında və onun törətdiyi cinayətlə mütənasib olduğuna inandıqları deyilir.[49]
İstinadlar
- ↑ Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.291; Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.11, s.345
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.291; Xacə Abdullah Ənsari, Kəşful-əsrar, h.ş 1371, c.3, s.103
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.291; Xacə Abdullah Ənsari, Kəşful-əsrar, h.ş 1371, c.3, s.103
- ↑ Təbatəbai, Təfsirul-mizan, h.ş 1390, c.5, s.331
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.291; Xacə Abdullah Ənsari, Kəşful-əsrar, h.ş 1371, c.3, s.103; Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.11, s.345; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.4, s.359
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.291; Təbatəbai, Təfsirul-mizan, h.ş 1390, c.5, s.326
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.7, s.245
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.291; Xacə Abdullah Ənsari, Kəşful-əsrar, h.ş 1371, c.3, s.103; Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.11, s.345
- ↑ Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.11, s.345
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.291; Xacə Abdullah Ənsari, Kəşful-əsrar, h.ş 1371, c.3, s.103; Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.11, s.345
- ↑ Təbatəbai, Təfsirul-mizan, h.ş 1390, c.5, s.333
- ↑ Salihi Nəcəfabad, Fəfsire ayeye muharibe və əhkame fiqhiye an, s.65
- ↑ Təbatəbai, Təfsirul-mizan, h.ş 1390, c.5, s.336; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.292
- ↑ Təbatəbai, Təfsirul-mizan, h.ş 1390, c.5, s.326
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.292; Xacə Abdullah Ənsari, Kəşful-əsrar, h.ş 1371, c.3, s.103
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.292; Xacə Abdullah Ənsari, Kəşful-əsrar, h.ş 1371, c.3, s.103
- ↑ Fazil Miqdad, Kənzul-irfan, h.ş 1373, c.2, s.352
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.292
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.292
- ↑ Xacə Abdullah Ənsari, Kəşful-əsrar, h.ş 1371, c.3, s.102
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.292
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.292
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.4, s.360
- ↑ Şəhid Sani, Şərhu Lumə, h.q 1410, c.9, s.256
- ↑ Əbul-Futuh Razi, Rəvzul-cinan, h.q 1408, c.6, s.357
- ↑ Seyyid Qutub, Fi Zilalil-Quran, h.q 1425, c.2, s.880
- ↑ Əbul-Futuh Razi, Rəvzul-cinan, h.q 1408, c.6, s.357; Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.11, s.347
- ↑ Fazil Miqdad, Kənzul-irfan, h.ş 1373, c.2, s.352
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.292; Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.3, s.103
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.292
- ↑ Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.11, s.346
- ↑ Təbatəbai, Təfsirul-mizan, h.ş 1390, c.5, s.331
- ↑ Bəqərə surəsi, ayə 33
- ↑ Təbatəbai, Təfsirul-mizan, h.ş 1390, c.5, s.328; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.292
- ↑ Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.2, s.279
- ↑ Mühəqqiq Hilli, Şəraiul-islam, h.q 1408, c.4, s.168; Salihi Nəcəfabad, Fəfsire ayeye muharibe və əhkame fiqhiye an, s.79
- ↑ Mühəqqiq Hilli, Şəraiul-islam, h.q 1408, c.4, s.168
- ↑ Meşkini, Mustələhatul-fiqh, h.q 1431, s.475
- ↑ Musəvi Ərdəbili, Fiqhul-hudud, h.q 1427, c.3, s.511-524
- ↑ Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.8, s.47
- ↑ Salihi Nəcəfabad, Fəfsire ayeye muharibe və əhkame fiqhiye an, s.61
- ↑ Maidə surəsi, ayə 33
- ↑ Musəvi Ərdəbili, Fiqhul-hudud, h.q 1427, c.3, s.558
- ↑ Şeyx Səduq, Əl-Muqənnə, h.q 1415, s.450
- ↑ Şeyx Müfid, Əl-Muqniə, h.q 1413, s.804
- ↑ Əllamə Hilli, Muxtələfuş-şiə, h.q 1413, c.9, s.258
- ↑ Xomeyni, Təhrirul-vəsilə, c.2, s.493
- ↑ Musəvi Ərdəbili, Fiqhul-hudud, h.q 1427, c.3, s.511-562
Ədəbiyyat
- Əbul-Futuh Razi, Hüseyn ibn Əli, Rəvzul-cinan, Məşhəd, Astane qodse Rəzəvi, h.q 1408
- Xacə Abdullah Ənsari, Abdullah ibn Məhəmməd, Kəşful-əsrar, Tehran, Əmir Kəbir, h.ş 1371,
- Xomeyni, Ruhullah, Təhrirul-vəsilə. Qum, Darul-ilm, 1-ci çap
- Siyuti, Əd-Durrul-mənsur, Qum, h.q 1404
- Şəhid Sani, Zeynuddin ibn Nurəddin, Şərhu Lumə, Qum, h.q 1410
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsut, Qum, 3-cü çap, h.q 1387
- Şeyx Müfid, Məhəməd ibn Məhəmməd, Əl-Muqniə, Qum, 1-ci çap, h.q 1413
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Muqənnə, Qum, İmam Hadi (ə) müəssisəsi, 1-ci çap, h.q 1415
- Salihi, Nəcəfabad, تفسیر آیه محاربه و احکام فقهی آن
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
- Təbatəbai, Məhəmməd Hüseyn, Təfsirul-mizan, Beyrut, h.ş 1390
- Əllamə Hilli, Həsən ibn Yusif, Muxtələfuş-şiə, Qum, Came mudərrisin, 2-ci çap, h.q 1413
- Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, h.q 1420
- Fazil Miqdad, Miqdad ibn Abdullah, Kənzul-irfan, Tehran, Mürtəzəvi, h.ş 1373
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Ğəffari və Axundi, Tehran, Məktəbətul-İslamiyyə, h.q 1407
- Meşkini, Əli, Mustələhatul-fiqh, Beyrut, 1-ci çap, h.q 1431
- Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-islam, Qum, İsmailiyyan, 2-ci çap, h.q 1408
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1371
- Musəvi Ərdəbili, Seyyid Əbdül-Kərim, Fiqhul-hudud, Qum, 2-ci çap, h.q 1427