Məzmuna keç

La fəta illa Əli

wikishia saytından
Səfəviyyə dövrünə aid "la Fəta illa Əli" yazısı
La fəta illa Əli la seyfə illa Zülfüqar yazısı

La fəta illa Əli, (ərəbcə: لا فتى إلا علي) mələklərdən birinin İmam Əli (ə) haqqında söylədiyi səmadan gələn bir səsdir.[1] Şiə və sünni mənbələrində nəql olunan bir çox rəvayətə görə, Ühüd döyüşündə İmam Əli (ə) Peyğəmbəri (s) müdafiə edərkən səmadan belə bir səs eşidildi: "La fəta illa Əli və la səyfə illa zülfəqar". "Zülfüqardan başqa qılınc, Əlidən başqa igid yoxdur".[2] Bəzi rəvayətlərdə bu səmadan gələn nidanın Cəbrayıl tərəfindən deyildiyi,[3] bəzilərində Rızvan adlı bir mələk vasitəsi ilə deyildiyi,[4] digərlərində isə onu söyləyənin adı qeyd olunmadığı bildirilir.[5] Bəzi mənbələr bu hadisənin Bədr[6] və ya Xeybər döyüşlərində[7] baş verdiyini qeyd edirlər. "Əl-Qədir" kitabının müəllifi Əllamə Əmini (vəfatı: 1390 h.q.), bu mövzuda bir çox hədisə əsaslanaraq, bu hadisənin bir neçə dəfə baş verdiyini bildirir.[8] Bəzi rəvayətlərə görə, İmam Əli (ə) öz fəzilətlərini bəyan edərkən bu ifadəyə istinad etmişdir.[9]

Əllamə Əmininin sözlərinə görə, hədis elmi alimləri bu hədisin nəqlində ittifaq ediblər.[10] Əhli-sünnə mənbələrindən olan "Kifayətut-Talib fi Mənaqib Əli ibn Əbi Talib" kitabında (7-ci hicri əsrində yazılıb) bu hədisin müxtəlif nəqləri üçün ayrıca bir fəsil ayrılmış və hədisçilərin bu rəvayətin nəqlində ittifaq etdikləri bildirilmişdir.[11] Bununla belə, bəzi əhli-sünnə müəlliflərinin fikrincə, bu hadisəni nəql edən hədis uydurma hədislərdəndir.[12] Həmçinin deyirlər ki, İbn Teymiyyə bu rəvayəti yalan hesab etmişdir.[13]

"La səyfə illa Zülfəqar və la fətə illa Əli" ifadəsi bir çox qılıncın tiyəsində yazılmışdır.[14] Sədi,[15] Xacəvi Kirmani[16] və Əttar Nişaburi[17] kimi şairlər "la fəta illa Əli" ifadəsi ilə müxtəlif şeirlər və tərkiblər yaratmışlar. Əllamə Əmininin sözlərinə görə, Həssan ibn Sabit də Peyğəmbərin (s) icazəsi ilə bu mövzuda bir şeir söyləmişdir.[18]


Əttar Nişaburi:

"La fətə illa Əli" canımda, *** Zülfüqar və onun qılıncı imanımdır.[19]


Şah Nemətullah Vəli:

Xeyrül-mürsəllinin özüdür və Allahın vəlisidir, *** "La fətə illa Əli, la seyfə illa Zülfüqar".[20]


Möhtəşəm Kaşani:

"La fəta illa Əli" deyir zamanın əhli, *** Göy sakinləri "la seyfə illa Zülfüqar" söyləyir.[21]


Şəhriyar:

Nə Allah adlandıra bilərəm onu, nə də bəşər, *** Çaşqınam, nə adlandırım "mülkün şahı olan la fəta"nı?[22]

Əlaqəli məqalələr

İstinadlar

  1. Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.110
  2. Baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.110; Şeyx Səduq, Əl-Əmali, h.ş 1376, s.200; Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.87; Tusi, Əmali, h.q 1414, s.143; İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Darul-mərifə, c.2, s.100; Təbəri, Tarixut-Təbəri, h.q 1387, c.2, s.514
  3. Şeyx Səduq, Uyunu Əxbarir-rza, h.ş 1378, c.1, s.85
  4. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.87; Fəttal Nişaburi, Rəvzətul-vaizin, h.ş 1375, c.1, s.128
  5. Şeyx Səduq, İləluş-şəraye, h.ş 1385, c.1, s.7
  6. Xarəzmi, əl-Mənaqib, h.q 1411, s.167, hədis 200
  7. Sibti ibn Cəvzi, Təzkirətul-xəvass, h.q 1418, s.26
  8. Əmini, Əl-Ğədir, h.q 1416, c.2, s.104
  9. Şeyx Səduq, Əl-Xisal, h.ş 1362, c.2, s.550; İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, m.1995, c.39, s.201
  10. Əmini, Əl-Ğədir, h.q 1416, c.2, s.104
  11. Qonci, Kifayətut-talib, s.277-280
  12. İbn Cəvzi, Əl-Məvzuat, h.q 1386, c.1, s.381-382
  13. Hələbi, Əs-Siyrətul-Hələbiyyə, Darul-kutubil-elmiyyə, c.2, s.321
  14. Zurvani, "Zülfüqar", s.849
  15. Sədi, Kulliyyate Sədi, h.ş 1365, qəsidə 1
  16. Xacəvi Kirmani, Divane əşar, h.ş 1369, s.133
  17. Əttar Nişaburi, Müsibətname, h.ş 1376, s.34
  18. Əmini, Əl-Ğədir, 1416, c.2, s.105
  19. Əttar Nişaburi, Məzhərul-əcaib, h.ş 1376, s.69
  20. Şah Nemətullah Vəli, Divane kamil həzrət Şah Nemətullah Vəli, h.ş 1380, s.826
  21. Möhtəşəm Kaşani, Divane Möhtəşəm Kaşani, h.ş 1387, s.25
  22. Şəhriyar, Divane Şəhriyar, h.ş 1385, c.1, s.69

Ədəbiyyat

  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Əl-Məvzuat, Mədinə, Əl-Məktəbətus-Sələfiyyə, h.q 1386
  • İbn Əsakir, Əli ibn Həsən, Tarixu Mədinəti Dəməşq, Beyrut, Darul-fikr, m.1995
  • İbn Hişam, Əbdül-Məlik, Əs-Siyrətun-Nəbəviyyə, Darul-mərifə, Beyrut
  • Əmini, Əbdül-Hüseyn, Əl-Ğədir fil-kitabi vəs-sünnəti vəl-ədəb, Qum, h.q 1416
  • Hələbi, Əli ibn İbrahim, Əs-Siyrətul-Hələbiyyə, Darul-kutubil-elmiyyə, Beyrut, h.q 1427
  • Xacəvi Kirmani, Mahmud, Divane əşar, Düzəliş: Əhməd Süheyli Xansari, Tehran, h.ş 1369
  • Xarəzmi, Müvəffəqi ibn Əhməd, əl-Mənaqib, Qum, Came müdərrisin, h.q 1411
  • Zurvani, Müctəba, "Zülfüqar", Tehran, h.ş 1392
  • Sibti ibn Cəvzi, Təzkirətul-xəvass, Qum, h.q 1418
  • Sədi, Kulliyyate Sədi, Tehran, Əmir Kəbir, h.ş 1365
  • Şah Nemətullah Vəli, Divane kamil həzrət Şah Nemətullah Vəli, Kerman, h.ş 1380
  • Şəhriyar, Məhəmməd Hüseyn, Divane Şəhriyar, Tehran, Neqah, h.ş 1385
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Xisal, Qum, Dəftəre nəşre İslami, h.ş 1362
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Tehran, Ketabçi, h.ş 1376
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, İləluş-şəraye, Qum, h.ş 1385
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Uyunu Əxbarir-rza, Tehran, Cahan nəşri, h.ş 1378
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əmali, Qum, h.q 1414
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, h.q 1413
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixut-Təbəri, Təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, Beyrut, Darit-turas, h.q 1387
  • Əttar Nişaburi, Məhəmməd, Məzhərul-əcaib, Tehran, Sinayi, h.ş 1376
  • Əttar Nişaburi, Məhəmməd, Müsibətname, Düzəliş: Nurani Vüsal, Tehran, Zəvvar, h.ş 1376
  • Fəttal Nişaburi, Məhəmməd ibn Əhməd, Rəvzətul-vaizin, Qum, Rəzi nəşriyyat, h.ş 1375
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Qonci, Məhəmməd ibn Yusif, Kifayətut-talib, Tehran, h.q 1404
  • Möhtəşəm Kaşani, Əli ibn Əhməd, Divane Möhtəşəm Kaşani, Tehran, Neqah, h.ş 1387