Xatəmun-Nəbiyyin (ləqəb)

wikishia saytından
(Xatəmun-Nəbiyyin səhifəsindən yönləndirilmişdir)
Muhəmməd ibn Abdullah
AdıMuhəmməd ibn Abdullah
RoluPeyğəmbər
KünyəsiƏbül-Qasim
Doğulduğu gün17 Rəbiul-əvvəl, Amul-fil \ m. 570
Döğulduğu yerMəkkə
Dəfn olunduğu məkanMədinə, 28 Səfər, 11 Hicri-qəmər, m. 632
Yaşadığı məkanMəkkə, Mədinə
LəqəbləriƏmin, Rəsulullah, Mustafa, Həbibullah, Səfiyullah, Nimətullah, Seyyidul-Mursəlin, Xatəmun-Nəbiyyin, Rəhmətun lil-aləmin, Nəbi Ummi
AtasıAbdullah
AnasıAminə
ZövcələriXədicə, Səvdə, Aişə, Həfsə, Xüzeymənin qızı Zeynəb, Ummi Həbibə, Ummi Sələmə, Cəhşin qızı Zeynəb, Cuveyriyə, Səfiyyə, Meymunə
ÖvladlarıQasim, Zeynəb, Rüqəyya, Ummi Kulsum, Fatimə (ə), Abdullah, İbrahim
Ömür müddəti63 il


Bu məqalə Xatəmun-Nəbiyyin ləqəbi barəsindədir. İslam peyğəmbərinin (s) şəxsiyyəti və həyatı haqda məlumat almaq üçün Həzrət Muhəmməd (s) məqaləsinə daxil olun.

Xatəmun-Nəbiyyin (ərəbcə: خاتَم النبيين) və Xatəmul-ənbiya (ərəbcə: خاتَم الأنبياء) Qurani-Kərimin ifadəsidir və Həzrət Məhəmməd ibn Abdullahın (s) ləqəblərindəndir. Bu ifadə, o Həzrətin sonuncu peyğəmbər olmasını və peyğəmbərliyin sona çatmasını bəyan edir.[1] “Xatəmun-Nəbiyyin” ibarəti “Xatəmiyyət” ayəsi kimi məşhur olan “Əhzab” surəsinin 40-cı ayəsində gəlib.[2]

Bu iki ibarət hədis mətnlərində və İmamlardan (ə) nəql olunmuş ifadələrdə, məsələn, Səhifeyi Səccadiyyənin 17-ci duası, İmam Əlinin (ə) Siffeyn döyüşündəki bəzi xütbələrində,[3] “Qurbul-İsnad” kitabında İmam Əlidən (ə) nəql olunan bir hədisdə gəlmişdir.[4] Həmçinin “Usul Kafi” kitabında[5] bir rəvayətdə də işlənmişdir.

Qəməri təqviminin 12-ci əsrində yeni bir dinin meydana gəldiyini iddia edən bəhailər bəzən “Xatəm” ifadəsinin “üzüyün qaşı” mənasında olduğunu demişlər[6] ki, bu da Həzrət Peyğəmbərin (s) xüsusi mövqeyinə işarədir. Beləliklə, o Həzrəti peyğəmbərlərin sonuncusu kimi deyil, peyğəmbərlərin zinəti kimi vəsf etmişlər.[7] Bəziləri də həmçinin Quranın “Xatəmul-Mürsəlin” deyil, “Xatəmun-Nəbiyyin” ifadəsini işlətdiyini söyləmişlər. Deməli, Peyğəmbər sonuncu rəsul deyil, sonuncu nəbidir və ondan sonra başqa bir rəsul da göndərilə bilər.[8]

Müsəlman alimləri buna cavab olaraq bildiriblər ki, “Xatəm” əslində sonlandırmaq vasitəsi deməkdir. Keçmişdə məktubları üzüklə möhürlədikləri və sonlandırdıqları üçün üzük “Xatəm” adlandırılıb. Deməli, “Xatəm” sözündən “zinət” mənasını istifadə etmək ayədən ağla gələn mənaya ziddir.[9] Həmçinin “Nümunə” təfsirində qeyd olunduğu kimi, risalət məqamı nübüvvət məqamından yüksəkdir. Əvvəl nəbi olmuş birisi peyğəmbərliyə nail olur. Nəticə etibarı ilə nübüvvət sona çatdığı zaman, əlbəttə ki, risalət də sona çatır.[10]

İranda və digər İslam ölkələrində bəzi məscidlər, elmi hövzələr, universitetlər və s. “Xatəmun-Nəbiyyin” və “Xatəmul-Ənbiya” kimi adlanır.[11]

Həmçinin “əssəlamu əla xatəmin-nəbiyyin” kimi bu ləqəbdən götürülmüş ifadələr üzüklərin qaşına həkk olunur.

İstinadlar

  1. Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.8, s.166
  2. Əhzab surəsi, ayə 40
  3. Nəsr ibn Muzahim, Vəqəətus-siffeyn, h.q 1404, s.224 və 236
  4. Humeyri, Qurbul-isnad, h.q 1413, s.9
  5. Kuleyni, Əl-Kafi, İslamiyyə çapı, c.2, s.585
  6. Mirza Hüseyn Əli Bəha, İqan, s.136; Arifidən nəql, Xatəmiyyət, h.ş 1386, s.65
  7. Hüseyni Təbatəbai Macəraye bab və bəha, s.163; Arifidən nəql, Xatəmiyyət, h.ş 1386, s.62
  8. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.338
  9. Misbah Yəzdi, Rah və rahnəmaşenasi, h.ş 1376, s.180
  10. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.338
  11. معرفی دانشگاه, Xatəmun-nəbiyyin universitetinin rəsmi internet saytı

Ədəbiyyat

  • Humeyri, Abdullah ibn Cəfər, Qurbul-isnad, Alul-beyt (ə) müəssisəsi, Qum, h.q 1413
  • «حوزه علمیه خاتم النبیین(ص)», aytmohseni.com saytı
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Müqəddimə: Seyyid Möhsin Əmin, Beyrut, h.q 1415 \ m. 1995
  • Arifi, Şirdaği, Xatəmiyyət və porseçhaye nu, Məşhəd, h.ş 1386
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, İslamiyyə çapı, Tehran, h.ş 1363
  • Misbah Yəzdi, Məhəmməd Təqi, Rah və rahnəmaşenasi, İmam Xomeyni adına müəssisəsi, Qum, h.ş 1376
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Darul-kutubil-İslamiyyə, Tehran, h.ş 1374
  • Nəsr ibn Muzahim, Vəqəətus-siffeyn, Düzəliş: Əbdüs-Səlam Məhəmməd Harun, Qum, h.q 1404