İnfaq ayəsi

wikishia saytından
(Bəqərə surəsi ayə 274 səhifəsindən yönləndirilmişdir)
İnfaq ayəsi
Ayənin adıİnfaq
Yerləşdiyi surəBəqərə
Ayənin nömrəsi274
Cüz3
Nazil olma səbəbiİmam Əlinin (ə) infaq etməsi
Nazil olma məkanıMədinə
MövzuƏxlaq
Barəsindəİnfaq


İnfaq ayəsi (ərəbcə: آية الإنفاق) Bəqərə, 274 infaq etmək və onun müxtəlif vəziyyətlərdə necə tətbiq edilməsi haqqında nazil olmuşdur. İnfaq, malı əta etmək və başqalarının maddi ehtiyaclarını ödəmək deməkdir. Şiə təfsirçiləri və bəzi sünni təfsirçiləri ayənin nazil olma səbəbini İmam Əlinin (ə) infaq etməsi haqqında olduğunu hesab ediblər ki, o Həzrət gecə-gündüz ərzində dörd dirhəmi aşkar və gizlində infaq edirdi. Bəziləri bu ayənin ona uyğun hərəkət edən bütün insanlara şamil olduğuna inanırlar.

Bu ayədə vurğulanır ki, əgər açıq-aşkar şəkildə infaq etməkdə zərurət və məsləhət yoxdursa, alanın ləyaqətinə xələl gəlməsin deyə, infaq gizli şəkildə edilməlidir. Bu ayədə günahların bağışlanması, əzabdan uzaqlaşmaq, vicdan rahatlığı və qəm-qüssənin aradan qaldırılması infaq etməyin faydaları kimi tanıtdırılmışdır.

Ayənin mətni və tərcüməsi

"Bəqərə" surəsinin iki yüz yetmiş dördüncü ayəsi "İnfaq ayəsi" adlanır.[1] Bəziləri bu ayəni infaq ilə bağlı əvvəlki on dörd ardıcıl gələn ayənin toplamı hesab etmişlər.[2] Bu ayədə infaq etməyin necəliyi, mükafatı[3] və insanların aramlığında onun təsirindən danışılır.[4] Həmçinin müxtəlif şəraitdə və hər zamanda onun fəzilətinə işarə edir.[5]

الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلَانِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
Öz mallarını gecə və gündüz, gizlin və aşkar (şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar.[6]



(Bəqərə, 274)


İnfaq ayəsi hər zaman malını istənilən vəziyyətdə infaq edən şəxslərdən yad etmişdir.[7] Həmçinin müxtəlif vəziyyətlərdə infaq edənlərin çalışqanlığına[8] və onların infaq etməyin dünya və axirət təsirlərinə diqqət yetirmələrinə işarə edir.[9]

Ayənin nazil olma səbəbi

Şiə təfsirçiləri rəvayətlərə istinad edərək, "İnfaq" ayəsinin biri gecə, biri gündüz, biri aşkar, digəri isə gizli olmaqla dörd dirhəm infaq edəm İmam Əli (ə) haqqında nazil olduğunu bildiriblər.[10]

Əhli-sünnə müfəssirləri "İnfaq" ayəsinin nazil olma səbəbi haqqında iki rəy bildirmişlər; Onlardan bəziləri ayənin nazil olma səbəinin yalnız İmam Əli (ə) haqqında olduğunu bildiriblər.[11] İkinci dəstə isə, ayənin nazil olma səbəbinin İmam Əli (ə) haqqında olmasını bildirməklə yanaşı, Əbdürrəhman ibn Ovf[12]Əbu Bəkr[13] kimi şəxslərin infaq etmələri kimi digər ehtimallardan da danışmışlar; Necə ki, Əbdürrəhman ibn Ovfun gündüzlər infaq etməsinə, Həzərət Əlinin (ə) isə gecələr infaq etməsinə işarə ediblər.[14] Yaxud da hər kəs ki, Allah yolunda[15] israf və təbzir etmədən infaq edir.[16] Hətta o kəslər ki, Allah yolunda cihad atlarını bəsləyənlər.[17] Müxtəlif ehtimalları qeyd etdikdən sonra bəziləri ayənin nazil olma səbəində dayanıb və onun üçün xüsusi nazil olma səbəbini bilməməkdən danışmışlar.[18]

Bəzi təfsirçilər hesab edirlər ki, bu ayə konkret bir şəxs haqqında nazil olsa da; Lakin onun hökmü konkret bir işə aid deyil. İnfaq etmədə bu cür əməl edənlərin hamısına şamil olur,[19] baxmayaraq ki, İmam Əlinin (ə) infaq etməsi bu məsələdə qabaqcıl olmasına görə, daha çox fəzilətlidir.[20]

Ayənin təfsiri

İnfaq ayəsində infaq etməyin müxtəlif yollarından bəhs edilir; Elə ki, əgər onu aşkar şəkildə etməyə ehtiyac yoxdursa, gizli infaq edilsin[21] ki, alanın ləyaqətinə xələl gəlməsin.[22] Əlbəttə ki, əgər başqalarını infaq etməyə həvəsləndirmək və şüarları möhtərəm saymaq kimi məsləhətlər olarsa, onu aşkar şəkildə etmək  olar; Baxmayaraq ki, gecəni gündüzdən, gizli şəkildə infaq etməyi aşkar şəkildə etməkdən üstün tutmaq daha yaxşıdır.[23]

Bu ayədə həmçinin infaq etməyin günahların bağışlanması və əzabdan uzaqlaşmaq kimi savabına da işarə edilmişdir. Bəzi təfsirçilər hesab edirlər ki, Allah bununla vicdan rahatlığı və qəm-qüssənin aradan qaldırılması üçün zəmin hazırlayır;[24] Çünki bəziləri gələcək qorxusu və ya var-dövlətini itirmək qorxusu səbəbindən infaq etməkdən çəkinə bilər; Buna görə də o, infaq edənləri gələcəkdən qorxmayan və malının bir hissəsini əldən verməklə üzülməyənlər hesab edir.[25] Təbərsi "Məcməul-bəyan" təfsirində[26] və bəzi başqa təfsirçilər[27] ayənin mənasını qiyamətdə qorxunun olmaması kimi qiymətləndirmişlər.

Qəm-qüssədən uzaq olmaq,[28] infaq etmək ruhuna sahib olmaq, əmin-amanlıq və aramlıq bu ayənin mesajlarından hesab olunur.[29]

İnfaq, malı əta etmək[30] və maddi çatışmazlıqları aradan qaldırmaqdır.[31]

Əlaqədar məqalə

İstinadlar

  1. Bir qrup mühəqqiq, Fərhəngnameye ulume Qurani, h.ş 1394, c.1, s.337
  2. Muğniyə, Ət-Təfsirul-kəşşaf, h.q 1424, c.1, s.428
  3. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.667
  4. Rezayi İsfahani, Təfsire Qurane Mehr, h.ş 1387, c.2, s.323
  5. Alusi, Ruhul-məani, h.q 1415, c.2, s.46
  6. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  7. İbn Kəsir, Təfsirul-Quranil-əzim, h.q 1419, c.1, s.545; Cəfəri, Təfsire Kövsər, h.ş 1376, c.2, s.34
  8. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.2, s.400
  9. Qiraəti, Nur təfsiri, h.ş 1388, c.1, s.434
  10. İbn Süleyman, Təfsiru Məqatili ibn Süleyman, h.q 1423, c.1, s.225; Tusi, Ət-Tibyan, Beyrut, c.2, s.357; Şəhatih, Təfsirul-Quranil-Əzim, h.q 1421, c.119; Əyyaşi, Təfsirul-Əyyaşi, h.ş 1380, c.1, s.151; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.360
  11. Şeybani, Nəhcül-bəyan, h.q 1413, c.1, s.352; Sənani, Təfsiru Əbdir-Rəzzaq, h.q 1411, c.1, s.118; Diynəvəri, Əl-Vazih, h.q 1424, c.1, s.92; Vahidi, Əl-Vəciz, h.q 1415, c.1, s.191; Corcani, Durəcud-durər, h.q 1430, c.1, s.365; Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.140
  12. Maturudi, Təvilatu əhlis-sünnə, h.q 1426, c.2, s.268; Əbu Həyyan, Əl-Bəhrul-muhit, h.q 1420, c.2, s.701
  13. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.1, s.319; Biyzavi, Ənvarut-tənzil, h.q 1416, c.1, s.161; Əbu Həyyan, Əl-Bəhrul-muhit, h.q 1420, c.2, s.701
  14. Təbərani, Ət-Təfsirul-kəbir, m. 2008, c.1, s.492-493; İbn Cəvzi, Zadul-məsir, h.q 1422, c.1, s.246; Bəğəvi, Təfsirul-Bəğəvi, h.q 1420, c.1, s.380
  15. Mavərdi, Ən-Nukətu vəl-uyun, Beyrut, c.1, s.347
  16. Qurtubi, Əl-Cameu li əhkamil-Quran, h.ş 1364, c.3, s.347; Əbu Həyyan, Əl-Bəhrul-muhit, h.q 1420, c.2, s.701
  17. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.1, s.319; Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.7, s.71; Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.1, s.363
  18. Maturudi, Təvilatu əhlis-sünnə, h.q 1426, c.2, s.268
  19. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.360; Əbu Həyyan, Əl-Bəhrul-muhit, h.q 1420, c.2, s.701; Səmərqəndi, Bəhrul-ulum, h.q 1416, c.1, s.182
  20. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.667
  21. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.360
  22. Muğniyə, Ət-Təfsirul-kəşşaf, h.q 1424, c.1, s.430
  23. Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.7, s.71; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.361; Cəfəri, Təfsire Kövsər, h.ş 1376, c.2, s.35
  24. Rezayi İsfahani, Təfsire Qurane Mehr, h.ş 1387, c.2, s.325
  25. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.361
  26. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.667
  27. Maturudi, Təvilatu əhlis-sünnə, h.q 1426, c.2, s.268; İbn Kəsir, Təfsirul-Quranil-Əzim, h.q 1419, c.1, s.545
  28. Rezayi İsfahani, Təfsire Qurane Mehr, h.ş 1387, c.2, s.325
  29. Qiraəti, Nur təfsiri, h.ş 1388, c.1, s.435
  30. Əmid, Fərhənge farsiye Əmid, h.ş 1360, İnfaq sözünün şərhində
  31. Qiraəti, Nur təfsiri, h.ş 1388, c.1, s.434

Ədəbiyyat

  • Alusi, Seyyid Mahmud, Ruhul-məani, Təhqiq: Əbdül-Bari Ətiyyə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • İbn Süleyman, Məqatil, Təfsiru Məqatili ibn Süleyman, Beyrut, h.q 1423
  • İbn Cəvzi, Əbdür-Rəhamn ibn Əli, Zadul-məsir, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1422
  • İbn Kəsir, İsmail ibn Ömər, Təfsirul-Quranil-Əzim, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1419
  • Əbu Həyyan, Məhəmməd ibn Yusif, Əl-Bəhrul-muhit, Beyrut, Darul-fikr, h.q 1420
  • Bəğəvi, Hüseyn ibn Məsud, Təfsirul-Bəğəvi, Təhqiq: Əbdür-Rəzzaq Mehdi, Beyrut, h.q 1420
  • Biyzavi, Abdullah ibn Ömər, Ənvarut-tənzil, h.q 1418
  • Corcani, Əbdül-Qadir ibn Əbdür-Rəhman, Durəcud-durər, Oman, Darul-fikr, h.q 1430
  • Cəfəri, Yaqub, Təfsire Kövsər, Qum, h.ş 1376
  • Bir qrup mühəqqiq, Fərhəngnameye ulume Qurani, Qum, h.ş 1394
  • Həskani, Übeydullah ibn Abdullah, Şəvahidut-tənzil, Tehran, h.q 1411
  • Diynəvəri, Abdullah ibn Məhəmməd, Əl-Vazih, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1424
  • Rezayi İsfahani, Məhəmməd Əli, Təfsire Qurane Mehr, Qum, h.ş 1387
  • Zəməxşəri, Mahmud ibn Ömər, Əl-Kəşşaf, Beyrut, Darul-kutubil-ərəbi, 3-cü çap, h.q 1407
  • Siyuti, Əbdür-Rəhman ibn Əbi Bəkr, Əd-Durrul-mənsur, Qum, h.q 1404
  • Şəhatih, Abdullah ibn Mahmud, Təfsirul-Quranil-Əzim, Qahirə, Daru Ğərib, h.q 1421
  • Şeybani, Məhəmməd ibn Həsən, Nəhcül-bəyan, Təhqiq: Həsən Dərgahi, Qum, Əl-Hadi nəşri, h.q 1413
  • Sənani, Əbdür-Rəzzaq ibn Həmmam, Təfsiru Əbdir-Rəzzaq, Beyrut, Darul-mərifə, h.q 1411
  • Təbərani, süleyman ibn Əhməd, Ət-Təfsirul-kəbir, İordaniya, m. 2008
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Beyrut
  • Əmid, Fərhənge farsiye Əmid, h.ş 1360, İnfaq sözünün şərhində, Tehran, Əmir Kəbir
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Təhqiq: Hamşim Rəsuli, Tehran, h.ş 1380
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, 3-cü çap, h.q 1420
  • Qiraəti, Möhsin, Nur təfsiri, Tehran, h.ş 1388
  • Qurtubi, Məhəmməd ibn Əhməd, Əl-Cameu li əhkamil-Quran, Tehran, Nasir Xosrov, h.ş 1364
  • Maturudi, Məhəmməd ibn Məhəmməd, Təvilatu əhlis-sünnə, Beyrut, h.q 1426
  • Mavərdi, Əli ibn Məhəmməd, Ən-Nukətu vəl-uyun, Beyrut, darul-kutubil-elmiyyə
  • Muğniyə, Məhəmməd Cavad, Ət-Təfsirul-kəşşaf, Qum, Darul-kutubil-İslami, h.q 1424
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 10-cu çap, h.ş 1371
  • Vahidi, əli ibn Əhməd, Əl-Vəciz, Beyrut, Darul-qələm, h.q 1415