Kun fə yəkun
Yerləşdiyi surə | Bəqərə (117)- Ali-İmran (47-59) - Ənam (73) - Nəhl (40) - Məryəm (35) - Yasin (82) - Ğafir 68 |
---|---|
Cüz | 1 - 3 - 7 - 14 - 16 - 23 - 24 |
Mövzu | Allahın iradəsi |
Barəsində | Həzrət İsanın (ə) qeyri adi şəkildə dünyaya gəlməsi - Yaradılış - Qiyamətin bərpası |
Kun fə yəkun (ərəbcə: كن فيكون) ibarəti “ol! Deyir, olur” mənasındadır, bu, şeylərin Allahın iradə etməsi ilə yaranmasına işarə edir. Bu ifadə Quranda, hədislərdə və fars şerlərində qeyd olunub. İmamiyyə təfsirçiləri bu ifadənin misal olaraq bəyan olunduğunu bildirirlər ki, Allahın iradəsi “ol” əmrinə ehtiyac olmadan əşyanın yaranması ilə bərabərdir. Lakin sünnilərin əksəriyyəti bu şərhlə razılaşmır.
Quranda, hədislərdə və farsca şeirlərdə “Kun fə yəkun” ifadəsi
“Kun fə yəkun” yəni "ol! Deyir, olur” ifadəsi Quranın səkkiz ayəsində Həzrət İsanın (ə) qeyri-adi şəkildə dünyaya gəlməsi, qiyamətin baş verməsi və yaradılışı kimi mövzular haqqında işlənmişdir:[1]
Yəni: “Bir şeyin vücuda gəlməsi əmrini verəndə, ona yalnız «ol!» deyər, (həmin şey də) dərhal olar. (Bir şeyi istədiyi zaman həmin şey dərhal vücuda gələr)”.[3]
Həmçinin Peyğəmbərdən (s) bir rəvayətdə deyilir ki, Allah cənnətdə cənnət əhlinə belə xitab edir: “Əgər bir şeyə “ol” desəm, o şey mövcud olar. İndi mən bu məqamı sizə verirəm ki, hər hansı bir şeyə “ol” deyəsiniz və o şey gerçəkləşsin”.[4]
Əttar,[5] Mövləvi,[6] Sədi[7] və Nizami[8] kimi şairlər də şeirlərində Allah haqqında Quran mövzusu ilə bu ifadəni işlətmişlər:
“Kun fə yəkun” ifadəsinin təfsiri və mənası
İmamiyyə təfsirçiləri bu ifadənin misal olaraq bəyan olunduğunu bildirirlər ki, Allahın iradəsi “ol” əmrinə ehtiyac olmadan əşyanın yaranması ilə bərabərdir.[10] Çünki bir şey yaratmaq üçün "ol" sözündən istifadə etmək həm təsəlsülə (zəncirvari prossesə) səbəb olur və həm də faydasızdır. Buna görə təsəlsülə (zəncirvari prossesə) səbəb olur ki, bu “ol”u yaratmaq üçün başqa bir “ol”a ehtiyac var. Sonuncu “ol”u yaratmaq üçün də başqa vir “ol”a ehtiyac olur. Elə bu cür sonsuza qədər belə davam edir. Onun faydasız olması da bununla bağlıdır ki, hələ o şey mövcud deyil və “ol” ifadəsi ona xitab olunmaz. Əgər o şey mövcud olsa, daha “ol” sözünə ehtiyac qalmır.[11]
İmamiyyə şiə təfsirçiləri İmam Əlinin (ə) bu kəlamına istinad edirlər: “Allah bir şeyi istəyərkən buyurur: “Mövcud ol, o da dərhal vücuda gələr; O mənada deyil ki, ondan bir səs qulağa gəlsin və ya bir fəryad eşidilsin, Həqiqətdə, Allahın kəlamı elə o şeydir ki, yaradır və forma verir və ondan əvvəl heç bir şey mövcud olmayıb”.[12]
İrfani təfsirlərdə də bu mətləbə işarə olub ki, “Kun fə yəkun” mövcud bir şeydir və elə həmin əşyanın zahir olmasıdır.[13]
Amma əksər sünni təfsirçiləri bu ayəni misal kimi olduğunu hesab etmirlər və inanırlar ki, Allah həqiqətən də bir şey yaratmaq üçün “ol” sözündən istifadə edir və ya elə bir şəkildə ki, o, mövcud olan bir şeyə xitab edərək onun halını dəyişdirmək üçün “ol” sözündən istifadə edir.[14] Yaxud ilahi elmdə mövcud olan bir şeyə xitab edərək bu sözü işlədir ki, o şey xaricdə də yaransın.[15]
İstinadlar
- ↑ Bəqərə surəsi, ayə 117; Ali-İmran surəsi, ayə 47 və 59; Ənam surəsi, ayə 73; Nəhl surəsi, ayə 40; Məryəm surəsi, ayə 35; Yasin surəsi, ayə 82; Ğafir surəsi, ayə 68
- ↑ Bəqərə surəsi, ayə 117; Ali-İmran surəsi, ayə 47
- ↑ Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- ↑ Sədrul-Mutahalihin, Əl-Hikmətul-Mutaliyə, m.1981, c.6, s.9-10; Feyz Kaşani, Elmul-yəqin, h.q 1418, c.2, s.1292; Sədrul-Mutahalihin, Təfsirul-Quranil-Kərim, h.ş 1366, c.5, s.197; Aştiyani, Şərh bər Zadul-musafir, h.ş 1381, c.1, s.21
- ↑ Əttar Nişaburi, Divane əşar, qəsidə 5
- ↑ Mövləvi, Divane Şəms, Qəzəl 1344
- ↑ Sədi, Ğəzəliyyat, Qəzəl 25
- ↑ Nizami, Xəmsə, Leyla və Məcnun, 1-ci hissə
- ↑ Sədi, Ğəzəliyyat, Qəzəl 25
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.1, s.368; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.12, s.249; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.6, s.556; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.11, s.233
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.17, s.115
- ↑ Təbərsi, Əl-İhticac, h.q 1403, c.1, s.203
- ↑ Səmədi Amuli, Şərhe dəftəre dele Əllamə Həsənzadə Amuli, s.52
- ↑ Təbəri, Əl-Cameu fi təfsiril-Quran, c.1, s.405; Tusi, Ət-Tibyan, c.1, s.432
- ↑ Təbəri, Əl-Cameu fi təfsiril-Quran, c.1, s.405; Səmərqəndi, Təfsirus-Səmərqəndi, c.1, s.88; Tusi, Ət-Tibyan, c.1, s.432; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.1, s.318
Ədəbiyyat
- Qurani-Kərim
- سعدی، مواعظ، غزل ۲۵. Sədi
- عطار نیشابوری، دیوان اشعار، قصیده ۵. Əttar Nişaburi
- مولوی، دیوان شمس، غزل ۱۳۴۴. Mövləvi
- نظامی، خمسه، لیلی و مجنون، بخش ۱. Nizami
- Aştiyani, Cəlaləddin, Şərh bər Zadul-musafir, Qum, Bustane kitab, h.ş 1381
- Sədrul-Mutahalihin, Əl-Hikmətul-Mutaliyə, Beyrut, m.1981
- Sədrul-Mutahalihin, Təfsirul-Quranil-Kərim, Qum, Bidar nəşri, h.ş 1366
- Səmədi Amuli, Davud, Şərhe dəftəre dele Əllamə Həsənzadə Amuli
- Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, İslami nəşriyyatı, 5-ci çap, h.q 1417
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, Tehran, 3-cü çap, h.ş 1372
- Feyz Kaşani, Məhəmməd ibn Şah Mürtəza, Elmul-yəqin, Qum, Bidar nəşriyyatı, h.q 1418
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374