Məvəddət ayəsi

wikishia saytından
(Şura surəsinin 23-cü ayəsinin səhifəsindən yönləndirilmişdir)
Məvəddət ayəsi
Ayənin adıMəvəddət
Yerləşdiyi surəŞura surəsi
Ayənin nömrəsi23
Cüz25
Nazil olma səbəbiBu ayə Peyğəmbərin (s) risalətinin mükafatını yalnız Əhli-beytinin dostluğu və məhəbbəti kimi təqdim edir.
Nazil olma məkanıMədinə
MövzuEtiqadi
BarəsindəƏhli-beytə (ə) məhəbbət


Məvəddət ayəsi (ərəbcə: آية المودة) Şura surəsinin 23-cü ayəsinin bir hissəsidir. Bu ayə Peyğəmbərin (s) risalətinin mükafatını yalnız o həzrətin Əhli-beytinin dostluğu və məhəbbəti kimi təqdim edir. Şiə müfəssirlərinin fikrincə, o, Peyğəmbərin (s) Əhli-beytinin fəzilətinə dəlalət edir. Şiə sünni müfəssirlərinin qeyd etdikləri rəvayətlərə görə, ənsardan bir qrup Allahın Rəsuluna (s) ehtiyacı olarsa, onların malından istifadə edə biləcəyini söylədikdə "Məvəddət" ayəsi nazil oldu. Peyğəmbər (s) qeyd olunan ayəni oxudu: "(Ya Peyğəmbər!) De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlara məhəbbətdən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm".

Şiə alimləri və bəzi sünni alimləri rəvayətlərə əsaslanaraq demişlər ki, bu ayədəki qohumlar və "Əl-Qurba"dan məqsəd Peyğəmbərin (s) Əhli-beyti, yəni Həzrət Əli (ə) , Həzrət Fatimə (ə) və onların nəsillərindən olan on bir imamdır. Lakin "Əl- Qurba" sözünün təfsirində sünnilər tərəfindən başqa fikirlər də söylənmişdir. Əllamə Təbatəbainin fikrincə, Peyğəmbərin (s) Əhli-beytə (ə) məhəbbət göstərməklə bağlı əmrinin fəlsəfəsi insanları Quran və dinin məna və təfsirlərini bilmək üçün onlara müraciət etməsidir.

Ayənin mətni və tərcüməsi

قُل لَّا أَسْأَلُکُمْ عَلَیهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِی الْقُرْبَی
...De: «Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm».[1]



(Quran: 42: 23)


Ayənin önəmi

"Məvəddət" ayəsi şiələrin inancına əsasən, Peyğəmbərin (s) Əhli-beytinin fəzilətləri və onların xüsusi məqamları haqqında nazil olan ayələrdəndir. Habelə onları sevməyin vacibliyinə dəlalət edir.[2] Həmçinin bəziləri bu ayəni Həzrət Əlinin (ə) imamətinin dəlillərindən biri hesab etmişlər.[3]

Sözlərin mənası

"Məvəddət" məhəbbət göstərmək və sevmək mənasındadır.[4] Rağib İsfahani məhbub ilə eşq və yoldaşlığın şiddətini "məvəddətin" mənasının bir hissəsi hesab etmişdir.[5] "Qurba" sözü də qohumlar mənasındadır.[6]

Ayənin nazil olma səbəbi

Şiə [7]sünni [8] təfsirçiləri İbn Abbasdan nəql edirlər: "Peyğəmbər (s) Mədinəyə daxil olduqda və İslamın əsasları möhkəmləndikdə ənsar dedilər: Biz Allah Rəsulunun (s) yanına gəlib deyəcəyik. Maddi problemlər yarandığı surətdə, bizim mallarımız heç bir şərt olmadan sizin ixtiyarınızdadır. Bunu ona dedikdə, bu ayə nazil oldu: "De ki, mən risalətimə görə sizdən qohumlarımı sevməkdən başqa bir şey istəmirəm". Peyğəmbər (s) ayəni oxudu və buyurdu: Məndən sonra yaxınlarımı sevin. Onlar da o həzrətin yanından sevinclə və məmnunluqla ayrıldılar".

"Qurba" kəlməsinin nümunələri

Şiə alimləri rəvayətlərə istinad edərək "Məvəddət" ayəsindəki "Əl-Qurba"dan məqsəd Peyğəmbərin (s) Əhli-beyti, yəni Həzrət Əli (ə) , Fatimə (s) və onların nəslindən olan on bir imam nəzərdə tutulduğuna inanırlar. Bu təfsirə əsasən, "Əl-Məvəddət fil-Qurba"dan məqsəd Allah Rəsulunun (s) Əhli-beytini sevmək deməkdir.[9] Fəzl ibn Həsən Təbərsiyə görə, şiə və sünnilərin Əhli-beyti (ə) sevməyin vacibliyi haqqında mütəvatir nəql etdikləri rəvayətlər bu təfsiri təsdiq edir.[10]

Həmçinin məsumlardan (ə) ayənin təfsirində gəlmiş çoxsaylı hədislər də buna dəlalət edir. O cümlədən:

Əhli-sünnənin nəzəri

Sünni alimləri "Qurba"dan məqsədin kimlər olması barədə ixtilaf edirlər; Hicri beşinci əsrdə əhli-sünnə alimlərindən olan Hakim Həskani "Şəvahidut-Tənzil" kitabında yeddi rəvayət nəql etmişdir ki, onlara əsasən, "Əl-Qurba" kəlməsindən həzrət Əli (ə), həzrət Fatimə (s), İmam Həsən (ə) İmam Hüseyn (ə) nəzərdə tutulur.[14] Zəməxşəriyə görə də "Qurba" sözü qohumluq deyil, yaxınlıq mənasındadır.[15] Beləliklə, Allah Peyğəmbərə (s) göstəriş verir ki, Qüreyşdən istəsin. İman gətirməsələr də heç olmasa yaxınlıq üzündən Peyğəmbərlə (s) düşmənçilik etməsinlər.[16]

Alusi hesab edir ki, Əhli-beytə (ə) məvəddət göstərməyin vacib olması Peyğəmbərin (s) bütün qohumları və Əbdül-Müttəlibin bütün övladlarına şamil olur.[17] Sünni təfsirçilərindən olan Alusinin qeyd etdiyinə görə, bu barədə başqa fikirlər də var. Bəziləri deyir ki, "Qurba" sözündən məqsəd Peyğəmbərin (s) anası Aminədir.[18] Yaxud "məvəddət"in mənası müsəlmanların öz qohumları ilə dostluğudur; Bu, sileyi-rəhimdir.[19]

Əhli-beyti sevməyin fəlsəfəsi

Şiə təfsirçilərindən olan Seyyid Məhəmmədhüseyn Təbatəbai Səqəleyn hədisi Səfinə hədisi kimi rəvayətlərə istinad edərək, Əhli-beytə məhəbbətin vacibliyinin dəlilini Əhli-beytin camaatın elmi qaynağı olması bilmişdir. Beləliklə, Əhli-beytə məhəbbət Peyğəmbərin (s) risalətinin diri qalması və davam etdirilməsindən başqa bir şey deyildir. Baxmayaraq ki, Əhli-beytə məhəbbət bəsləmək muzd (mükafat) adlanır. Amma əslində bunun Əhli-beytə faydası yoxdur, bəşərin özünə bir fasdası vardır.[20] Necə ki, Qurani-Kərimin başqa bir ayəsində buyurulur: "De, mən (bunun müqabilində) sizdən heç bir muzd (mükafat) istəmirəm, o sizin olsun".[21]

Monoqrafiyalar

  • Seyyid Mahmud Haşimi Şahrudinin yazdığı "Mutiyyat Ayətil-Məvəddət" kitabı; Məhəmməd Hüseyn Bayati bu kitabı "Məvəddət ayəsindən dərslər" adı ilə fars dilinə tərcümə etmişdir.
  • Əli Hüseyni Milaninin yazdığı "Quran və Sünnə baxımından Əhli-Beytə (ə) məhəbbət bəsləmək" kitabı; İslam Həqiqətləri Mərkəzi Nəşriyyatı bu kitabı 2009-cu ildə 248 səhifədə nəşr etmişdir.[22]
  • Şəhabəddin Xəffacinin yazdığı "Fərzül-məhəbbət fi təfsiri ayətil-məvəddət" kitabı; Əli Rad bu kitabı "Əhli-beytə (ə) məhəbbət bəsləmək vəhy aynasında" adı ilə fars dilinə tərcümə etmişdir. Bu tərcümə 2004-cü ildə "Behnəşr" nəşriyyatının səyi ilə işıq üzü görüb.
  • Məhəmməd Möhsin Hacı Heydərinin yazdığı "Əhli-Beytin (ə) məvəddəti" kitabı; Bu kitab Araste nəşriyyatında 2013-cü ildə 188 səhifədə çap edilmişdir.[23]

Əlaqəli məqalələr

İstinadlar

  1. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  2. Babayi, "Pejuheşi dər ayeye məvəddət, səh.63
  3. Əllamə Hilli, Nəhcul-həqq, darul-kutubul-lubnani, səh.178
  4. İbn Mənzur, lisanul-ərəb, "vədəd" kəlməsi"
  5. Müfrədatu əlfazil Quran, səh.861 (H.q.1412)
  6. Fiyruzabadi, Əlqamusul-muhit, h.q. 1412, c.1, səh.12, İbn Mənzur, Lisanul-ərəb "qurb" kəlməsi
  7. Nümunə üçün müraciət edin: Əbu Həmzə Somali, Təfsirul-Quranil-Kərim, h.q 1420, səh.294; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.9, səh.44; Huveyzi, Təfsiru nuris-səqəleyn, h.q 1415, c.4, səh. 587
  8. Nümunə üçün müraciət edin: Alusi, Ruhul-məani, h.q 1415, c.13, səh.38; Ət-təfsirul-hədis, Qahirə, h.q 1383, c.4, s.457
  9. Nümunə üçün müraciət edin: Furatul kufi, Təfsiru furatil kufi, h.q 1410, s.197; Təbərsi, Məcməul-bəyan, h.ş 1372 c.9 s.44; Huveyzi, Təfsiru nuris səqəleyn, h.q 1415, c.4, s.572-573
  10. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.9, s.44;
  11. Əli ibn Cəfər, Məsailu Əli ibn Cəfər, h.q 1409, s.328
  12. Kufi, Təfsiru furatil-Kufi, h.q 1410, s.392
  13. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.413, hədis 7
  14. Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.2, s.189-196
  15. Zəməxşəri, Əl-kəşşaf, Darul-mərifə, c.4, s.219
  16. Təbəri, Cameul-bəyan, darul-mərifə, c.25, s.15
  17. Alusi, Ruhul-məani, h.q 1415, c.13, s.32
  18. Alusi, Ruhul-məani, h.q 1415, c.13, s.30
  19. Alusi, Ruhul-məani, h.q 1415, c.13, s.31
  20. Əllamə Təbatəbai, Əl-mizan, Muəssisətul-elmi lilmətbuat, c.18, s.46
  21. Səbə surəsi, ayə 47
  22. Hüseyni Milani, Mehrvərzi be Əhli-Beyt (ə) əz didqahe Quran və sünnət, h.ş 1389
  23. Haci Heydəri, Məvəddəte Əhli Beyt (ə), h.ş 1392

Ədəbiyyat

  • Alusi, Mahmud ibn Abdullah, Ruhul-məani fi təfsiril Quranil-əzim, Muhəqqiq Əli Əbdul-bari Ətiyyə, Beyrut, Darul-kitabil elmiyyə, 1-ci çap, h.q 1415
  • Əbul Həmzə Sumali, Sabit ibn Dinar, Təfsirul-Quranil-Kərim li əbi Həmzə Sabit ibn Dinar Sumali, Təhqiqu Əbdir-rizzaq Muhəmməd Huseyn Hərzəddin, Beyrut, darul-mufid, Çape əvvəl, h.q 1420
  • İbn Hənbəl, Əhməd, Fəzailu Əmiril-Möminin Əli ibn Əbi Talib, Təhqiqu Seyyid Əbdul-Əziz Təbatəbai, Qum, Darul-təfsir, h.q 1433
  • İbn Mənzur Muhəmməd ibn Mukrim, Lisanul-ərəb, Darul-fikri lit-təbaə və nəşr və tuzih
  • Babayi, Əli Əkbər, "Pejuheşi dər ayeye məvəddət", Mahname mərifət, Nömrə 48, h.ş 1380
  • Bəhrani, Haşim ibn Suleyman, Ğayətul-məram və Huccətul-xisam, Muhəqqiq Əli Aşur, Beyrut, Muəsisətut-tarixil-ərəbi
  • Həskani, Ubeydullah ibn Əhməd, Təhqiq: Məhmudi, Muhəmməd Baqir, Şəvahidut-tənzil liqəvaidit-təfzil, Tehran, Sazmane çap və enteşarate vezarate ərşade İslami, Çap əvvəl, h.q 1411
  • Huseyn Milani, Əli, Mehrvərzi be Əhli-Beyt (ə) əz didqahe Quran və sunnət, Qum, Mərkəze Həqaiqe İslami, h.ş 1389
  • Huveyzi, Əbd Əli İbn Cumə, Təfsiru Nuris-səqəleyn, 4-cü çap, h.q 1415
  • Dəruzə Muhəmməd İzzət, Təfsirul-hədis, Qahirə, Daru İhyail-kutubil-ərəbiyyə, h.q. 1383
  • Rağib İsfəhani, Huseyn ibn Muhəmməd, Mufrədatu əlfazil Quran, Beyrut, Birinci Çap, h.q 1412
  • Zəməxşəri, Mahmud ibn Ömər, Əl Kəşşaf, Muhəqqiq Mustafa Huseyn Əhməd, Beyrut, Darul-Kitabil-ərəbiyyə
  • Şuştəri, Nurullah ibn Şərufiddin, Əhqaqul-həqq və əzhaqul-batil, Muhəqqiq Şəhabuddin Mərəşi, Qum, Məktəbətu Ayətullah Mərəşi, h.q 1409
  • Əllamə Təbatəbai, Əl-Mizan Fi Təfsiril-Quran, Beyrut, Muəssisətul-ələmi Lil-mətbuat
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • Təbəri, Muhəmməd ibn Cuzeyr, Camel-bəyan fi təfsiril-Quran, Beyrut, Darul-Mərifə
  • Əllamə Hilli, Həsən ibn Yusuf, Nəhcul-həqq və kəşfus-sidq, Beyrut, Darul-kutubil-Lubnani
  • Fiyruzabadi, Muhəmməd ibn Yaqub, Əlqamusul-Muhit, Beyrut, Birinci çap, h.q 1415
  • Kuleyni, Muhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiqe Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Kufi, Furat ibn İbrahim, Təfsiru Furatil-Kufi, Təhqiqe Muhəmmədul-kazim, Tehran, Vezarate Fərhəngi və Ərşade İslami, h.q 1410

Xarici keçid