Mübahilə ayəsi

wikishia saytından
(Ali-İmran surəsinin 61-ci ayəsi səhifəsindən yönləndirilmişdir)
Bu məqalə Mübahilə ayəsi barəsindədir. Mübahilə hadisəsi haqda məlumat almaq üçün Peyğəmbərin (s) Nəcran xristianları ilə mübahiləsi adlı məqalə baxın.
Mübahilə ayəsi
Ayənin adıMübahilə
Yerləşdiyi surəAli-İmran surəsi
Ayənin nömrəsi61
Cüz3
Nazil olma səbəbiPeyğəmbərin (s) Nəcran xristianları ilə münazirəsi
Nazil olma məkanıMədinə
MövzuEtiqadi
BarəsindəPeyğəmbərin (s) Nəcran xristianları ilə mübahiləsi
SairKisa (əba) əshabının fəzilətlərindən


Mübahilə ayəsi (ərəbcə: آية المباهلة), (Ali İmran surəsi ayə 61) peyğəmbərin (s) Nəcran məsihiləri ilə etdiyi mübahiləyə işarə edir, onların həzrət İsanın haqqında olan ixtilafından sonra baş vermişdir. Şiə təfsirçiləri və əksər əhli-sünnə təfsir alimləri, bu ayəni peyğəmbərin (s) haqq və əhli-beytin (ə) fəzilətinə dəlalət edən ayə olaraq qeyd edərək yazırlar; bu ayədə (ابناءنا) “oğlanlarımız”-dan məqsəd Həsən və Hüseyn, (نساءنا) “qadınlarımız”-dan məqsəd Fatimeyi Zəhra (s) və (أنفسنا) “özümüz”-dən məqsəd isə Həzrət Əlidir (ə).

İmamlar və bəzi səhabələr, imam Əlinin (ə) fəziləti üçün bu ayədən istifida etmişlər. Həmçinin ondan mübahilənin şəri əsas olması, yəni qadınların siyasi və ictimai və... kimi məsələlərdə iştirak etmələri üçün istifadə olunmuşdur.

Ayə və tərcüməsi

فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ
Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih (ə) haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin, biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə imam Həsənlə İmam Hüseyni oğulları, Fatiməni qadın və Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular.)[1]



(Ali-İmran, ayə 61)


Mövqeyi

Mübahilə ayəsi, o ayələrdəndir ki, “Kisa əshabının” (peyğəmbər (s), imam Əli (ə) Fatmə (s) Həsən və Hüseyn (ə)) fəzilətləri haqda ona istinad olunur.[2] Əhli-sünnə təfsir alimi Abdullah ibn Beyzavi, onu peyğəmbərin (s) haqq olması və onunla birlikdə olanların fəzilətlərinə dəlalət etdiyini bildirir.[3] Həmçinin əhli-sünnə alimi Carullah Zəməxşəri (vəfat 538 h.q) bu ayəni “Kisa əshabının” fəzilətinə dəlalət edəcək ən möhkəm dəlil bilir.[4] Şiə təfsir alimi Fəzl ibn Həsən Təbərsi yazır; bu ayə həzrət Fatimənin (s) bütün qadınlardan üstün olmasına dəlalət edir.[5]

Şəni nüzul

Əsas məqalə: Peyğəmbərin (s) Nəcran xristianları ilə mübahiləsi

Mübahilə ayəsi, Nəcran məsihilərinə cavab olaraq nazil olmuşdur.[6] Nəcran məsihilərindən bir dəstəsi, Allahın rəsulu ilə onun risaləti haqda o həzrətlə münazirə üçün Mədinəyə gəlmişdilər. Allahın rəsulu özünü onlara tanıtdırdıqdan sonra, həzrət İsanı (ə) Allahın bəndəsi olaraq onlar üçün açıqladı. Lakin onlar həzrət İsanın (ə) atasız dünyaya gəlməsini, onun ülvühiyyəti üçün dəlil gətirdilər.[7] Nəcran məsihiləri öz dediklərində israrlı idilər, odur ki, Allahın rəsulu onları mübahiləyə dəvət etdi və onlar bu təklifi qəbul etdilər. Allahın rəsulu təyin edilən gün, Əli (ə), Fatimə (s), Həsən və Hüseynlə (ə) birlikdə mübahilə üçün hazır oldular, amma məsihilər peyğəmbərin (s) bu işdə daha ciddi olduğunu görüb, böyüklərinin tövsüyələrinə qulaq asaraq bu işdən uzaq durdular. Onlar peyğəmbərlə (s) sülh edib, peyğəmbərdən (s) istədilər cizyə (maliyat) verərək öz dinlərində qalsınlar və peyğəmbər (s) də bunu qəbul etdi.[8]

Təfsir

Şiə mütəkəllimi Qazi Nurullah Şuştərinin dediklərinə əsasən, təfsir alimlərinin nəzəri budur ki, mübahilə ayəsində (ابناءنا) “övladlarım”-dan məqsəd HəsənHüseyn (ə), (نساءنا) “qadınlarımız”-dan məqsəd Fatimeyi Zəhra (s), və (انفسنا) “özümüz”-dən məqsəd isə imam Əlidir(ə).[9] Əllamə Məclisi, mübahilə ayəsinin “Ali-əbanın” şənində olan hədislərin mütəvatir olduğunu bildirir.[10] “Ehqaqul- həqq” kitabında (təlif 1014 h.q) əhli-sünnə mənbələrindən təxminən altımış mənbə zikr olunmuşdur ki, təkid olunur mübahilə ayəsi bu şəxslər barəsində nazil olmuşdur.[11] o cümlədən “Əl-Kəşşaf” müəllif: Zəməxşəri;[12] “Təfsir Kəbir” müəllif: Fəxri Razi;[13] “Ənvarut-tənzil və əsrarut-təvil” müəllif: Abdullah ibn Ömər Beyzavi.[14]

Şiə təfsir alimləri, «اَبْناءَنا»، «نِساءَنا» و «اَنْفُسَنا» “oğlanlarımız”, “qadınlarımız” və “özümüz” cəm şəklində zikr olunması barəsində ki, orada olan insanların tək və ya iki nəfər oduğuna işərə edildiyi haqda yazırlar:

  1. Ayənin şəni nüzulu, bu təfsirin daha düzgün olmasına sübutdur; çünki təfsir alimlərinin nəzəri budur ki, Allahın rəsulu (s) mübahilə zamanı Əli (ə), Fatimə (s) Həsən və Hüseyndən (ə) başqa heç bir kəsi özü ilə aparmamışdır.[15]
  2. Müqavilə zamanı, bəzi sözlər cəm şəklində yazılır ki, bütün misdaqlara şamil olsun; lakin icra zamanı, mümkündür onlardan birinə əməl olunsun, odur ki, onlardan birinə əməl olunması o demək deyil bütün misdaqlara əməl edilməmişdir. Misal üçün müqavilədə qeyd olunur, müqavilənin icraçıları, özü və onun övladları hesab olunur; lakin mümkündür qarşı tərəflərdən birinin, yalnız bir və ya iki övladı olsun.[16]
  3. Qurani-Kərimdə bir çox yerlərdə cəm şəkilçisi tək bir şəxs barəsində istifadə edilmişdir; “Zihar ayəsi” kimi.[17] “Zihar ayəsi” cəm şəklində «الَّذِينَ يُظَاهِرُونَ مِنكُم مِّن نِّسَائِهِم» (Mücadilə, ayə 3) nazil olmuşdur, bir halda ki, onun şəni nüzulu bir nəfər barəsindədir.[18]

Tarixi ehticaclar

Rəvayətlərə əsasən, imamlar və bəzi səhabələr, imam Əlinin (ə) fəzilətlərini isbat etmək üçün mübahilə ayəsini dəlil olaraq əsas gətirmişlər:

Səd bin Vəqqasın ehticacı

Ömər ibn Səd Əbi Vəqqas atası Səd ibn Əbi Vəqqasdan nəql edir; Müaviyə, Sədə dedi: Nə üçün Əlini (ə) söymürsən? Səd dedi:

Nə qədər ki, bu üç şeyi xatırlayıram, heç zaman onu söymərəm; əgər o üç şeydən biri mənim haqqımda olsaydı, onu qırmızı yunlu dəvələrimin olmasından daha çox sevərdim; necə ki, Mübahilə ayəsi nazil olduqda, Allahın rəsulu (s) Əli (ə), Fatimə (s), Həsən və Hüseyni (ə) səsləyib dedi: “Allahım bunlar mənim əhli-beytimdir[19]

İmam Kazimin (ə) ehticacı

Harun Abbasi, imam Kazıma (ə) dedi: Siz necə deyirsiz ki, biz peyğəmbərin (s) nəslindənik, bir halda ki, peyğəmbərin (s) nəsli yoxdur, çünki nəsil yalnız oğlan övladı vasitəsilədir nəinki qız övladı və siz də peyğəmbərin (s) qız övladlarısız. İmam Kazım (ə) cavabının bir hissəsində mübahilə ayəsini oxuyub, sonra buyurur:

Heç kim deməmişdir, peyğəmbər (s) Nəsranilərlə mübahilə etdiyində, Əli (ə), Fatimə (s), Həsən və Hüseyndən (ə) başqa digər bir şəxsi də özü ilə aparmışdır. Bəs “övladlarımdan” məqsəd Həsən və Hüseyn (ə), “qadınlarımdan” məqsəd həzrət Zəhra (s) və “özümüzdən” mqsəd Əli ibn Əbi Talib (ə) olmuşdur.[20]

İmam Rzanın (ə) ehticacı

Şeyx Mofidin verdiyi məlumatlara əsasən, Məmun Abbasi imam Rzadan (ə) istəyir, Quranın imam Əli (ə) haqqında olan ən böyük fəzilətini zikr etsin. İmam Rza (ə) onun cavabında mübahilə ayəsini qiraət edir.[21] Məmun deyir: Allah Təala bu ayədə öğulları və qadınları kəlməsini cəm şəkildə gətirmişdir, bir halda ki, peyğəmbər (s) iki oğul və tək qızını özü ilə gətirmişdi. Bəs nəticə alırıq “nəfs”-dən (özündən) dəvət, əsl həqiqətdə peyğəmbərin (s) özüdür. Belə olduqda imam Əli (ə) üçün heç bir fəzilət hesab olunmur. İmam Rza (ə) cavabında buyurdu:

Sənin dediklərin düzgün deyil; çünki dəvət edən özündən qeyrisini dəvət edir; o cür ki, əmr edən özündən qeyrisinə əmr edir; düzgün deyil həqiqi olaraq şəxs özünü dəvət etsin; çünki həqiqətən şəxs özünə əmr edə bilməz. Allahın rəsulu (s) mübahilə zamanı imam Əlidən (ə) başqa bir kişini dəvət etməmişdi. Bəs məlum olur, O, həmin Allahın məqsədində olan nəfsdir ki, Quranda zikr olunmuş və onun hökmünü Quranda qərar vermişdir.[22]

Fiqhi hökmlər

Mübahilə ayəsi

Bəzi müasir təfsir və fiqh almləri, Mübahilə ayəsindən fiqhi hökmləri əldə edirlər, o cümlədən:

  • Qadınların cəmiyyətdə siyasi və ictimai məsələrdə fiqhi baxımdan iştirak etməsinin icazəli olması: Bu məsələ (نساأنا) “qadınlarımız” sözündən və həzrət Zəhranın (s) Mübahilə hadisəsində iştirak etməsindən istifadə olunur.[23]Şiə müfəssiri Seyyid Əbdül Əəla Səbzivarinin (vəaft 1414 h.q) dediklərinə əsasən, məlum olduğu kimi Quran, qadın kəramətini və əzəmətini hər zaman qoruyub saxlayır, odur ki, Mübahilə ayəsində də (نساأنا) “qadınlarımız” ibarətindən istifadə edir və bu da qadınların din ilə əlaqədar olan məsələrdə iştirak etməsinə sübutdur.[24] Rəşidrzanın dediklərinə görə, Mübahilə ayəsində qadınların kişilərlə birlikdə tayfaları və dinləri üçün mübarizə aparmalarına hökm olunmuşdur, məgər müharibə kimi məsələlərdə ki, qadınlar istisna edilmişlər.[25]
  • Mübahilənin fiqhi cəhətdən icazəli olması: “Xaneşe fiqhiye cədid əz ayeye Mübahilə” məqaləsinin müəllifi, Mübahilə ayəsindən istifadə edərək, İslam dinində Mübahilənin şəriət hökmü önəmli bir məsələ oluğunu vurğulayır.[26] O, öz iddiasını isbat etmək üçün, məsum imamlar tərəfindən (ə) Mübahilənin nümunələrinə işarə və sifariş olunmasına və yaxud təlim verilməsini sitat gətirir: Misal üçün, İmam Hüseynin (ə) səhabələrindən olan Büreyr ibn Xuzeyr Həmdani, Aşura günü Ömər ibn Sədin qoşunundan olan Yezid ibn Məqəli mübahilə etməyə dəvət etdi[27] lakin imam Hüseyn (ə) onun bu iş tutmasına mane oldu.[28]

Nümunə təfsirinədə yazır: Baxamyaraq ki, mübahilə ayəsində, mübahiləyə dəvət etmək yalnız peyğəmbərə (s) aiddir; amma mübahiləyə dəvət, ümumi və şəriətin icazə verdiyi məsələlərdən biridir.[29]

  • Şəriət baxımından, İslam dini yolunda can və mal ilə fəda olmağın icazəli olması:[30] Əbdül Əəla Səbzivarinin “Məvahibur-Rəhman” təfsirində bəyan etdiklərinə əsasən, mübahilə ayəsindən istifadə olunan nöqtələrdən biri budur ki, insanın hədəflərindən biri də haqqın payidar və qorunub saxlanılması olmalıdır və buna hazır olmalıdır ki, bu yolda canını, malını və ailəsini fəda etsin.[31]

İstinadlar

  1. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  2. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.764; Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.4, s.403-404
  3. Bəyzavi, Ənvarut-tənzil, h.q 1418, c.2, s.21
  4. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1415, c.1, s.370
  5. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.746
  6. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.762
  7. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.575
  8. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.762
  9. Mərəşi, İhqaqul-həqq, h.q 1409, c.3, s.46
  10. Məclisi, Həqqul-yəqin, c.1, s.67
  11. Mərəşi, İhqaqul-həqq, h.q 1409, c.3, s.46-72
  12. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1415, c.1, s.370
  13. Fəxri Razi, Ət-təfsirul-Kəbir, h.q 1420, c.8, s.247
  14. Bəyzavi, Ənvarut-tənzil, h.q 1418, c.2, s.21
  15. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.763; Təbatəbai, Əl-Mizan, h.ş 1352, c.3, s.223; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.586
  16. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.586-587
  17. Təbatəbai, Əl-Mizan, h.ş 1352, c.3, s.223
  18. Təbatəbai, Əl-Mizan, h.ş 1352, c.3, s.223-224
  19. Təbatəbai, Əl-Mizan, h.ş 1352, c.3, s.223-232
  20. Təbatəbai, Əl-Mizan, h.ş 1352, c.3, s.229-230
  21. Mufid, Əl-Fusulul-muxtarə, h.q 1414, s.38
  22. Mufid, Əl-Fusulul-muxtarə, h.q 1414, s.38
  23. Əl-Ğəfuri, Xaneşe fiqhiye cədid əz ayeye Mubahile, s.48-49
  24. Səbzəvari, Məvahibur-Rəhman, h.q 1409-1410, c.6, s.18-19
  25. Rəşid Rza, Təfsirul-mənar, m. 1990, c.3, s.266
  26. Əl-Ğəfuri, Xaneşe fiqhiye cədid əz ayeye Mubahile, s.73
  27. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.432
  28. Əl-Ğəfuri, Xaneşe fiqhiye cədid əz ayeye Mubahile, s.76-79
  29. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.589
  30. Əl-Ğəfuri, Xaneşe fiqhiye cədid əz ayeye Mubahile, s.52
  31. Səbzəvari, Məvahibur-Rəhman, h.q 1409-1410, c.6, s.8

Ədəbiyyat

  • Bəyzavi, Abdullah ibn Ömər, Ənvarut-tənzil, Beyrut, h.q 1418 \ m. 1998
  • Rəşid Rza, Məhəmməd Rəşid ibn Əli Rza, Təfsirul-Quranil-Kərim, m. 1990
  • Zəməxşəri, Mahmud, Əl-Kəşşaf, Qum, Nəşrul-bəlağə, h.q 1415
  • Səbzəvari, Seyyid Əbdül-Əli, Məvahibur-Rəhman, Beyrut, h.q 1409 - 1410
  • Şüştəri, Qazi Nurullah, İhqaqul-həqq, Qum, 1-ci çap, h.q 1409
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Beyrut, h.ş 1352 \ 1351
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, Darut-turas, Beyrut, h.q 1387 \ m. 1967
  • Əl-Ğəfuri, Xalid, خوانش فقهی جدید از آیه مباهله(۲)
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, h.q 1420 \ m. 1999
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-Fusulul-muxtarə, Təhqiq: Seyyid Mir Əli Şərifi, Beyrut, Darul-mufid, h.q 1414
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1374

Xarici keçid