Leylətul-məbit

wikishia saytından
(Leylətul məbit hadisəsi səhifəsindən yönləndirilmişdir)
Bu məqalə Leylətul-məbit hadisəsi haqqındadır. Leylətul-məbit ayəsi haqda məlumat almaq üçün adı keçən məqaləyə daxil olun.

Leylətul-məbit (ərəbcə: ليلة المبيت) İmam Əlinin (ə) Peyğəmbərin (s) həyatını xilas etmək üçün o Həzrətin yatağında yatdığı gecədir. Bu gecə müşriklər qrup halında Peyğəmbərin (s) evinə hücum edərək onu öldürməyi planlaşdırırdılar. Allahın əmri və Peyğəmbərin (s) istəyi ilə İmam Əli (ə) Peyğəmbərin (s) yatağında yatdı. Bunun nəticəsində müşriklər Peyğəmbərin (s) olmadığını hiss etmədilər və Allah Rəsulu (s) həmin gecə Mədinəyə hicrət edə bildi. Bir çox təfsirçilər “şira” ayəsinin və ya “leylətul-məbit” ayəsinin nazil olma səbəbinin İmam Əlinin (ə) “məbit” gecəsində göstərdiyi fədakarlıq olduğunu hesab edirlər. Bu hadisənin tarixi birinci qəməri ilinin rəbiul-əvvəl ayının ilk gecəsində olduğu bildirilir.

Ayənin mövqeyi və əhəmiyyəti

Leylətul-məbit İmam Əlinin (ə) Peyğəmbərin həyatını xilas etmək üçün o Həzrətin yatağında yatdığı bir hadisədir. Bu hadisə İmam Əlinin (ə) fəzilətlərindən hesab edilir. Həmçinin İmam Əli (ə) özünün haqq olduğunu sübut etmək üçün altı nəfərdən ibarət şurada buna dəlil olaraq istinad edir.[1] Təfsirçilər “şira” ayəsinin və ya “leylətul-məbit” ayəsinin nazil olmasının bu hadisə ilə bağlı və İmam Əlinin (ə) məqamı barədə olduğunu bildirirlər.[2]

Seyid İbn Tavusun rəvayətinə görə, Peyğəmbər (s) Qədir xütbəsində bu hadisəni qeyd etmiş və bunu Allah tərəfindən İmam Əliyə (ə) bir məmuriyyət və vəzifə kim verildiyini bildirmişdir.[3] Həmçinin hədislərə əsasən, Əli (ə) Peyğəmbərin (s) yatağında yatarkən Cəbrail (ə) onun başının üstünə, Mikail (ə) isə onun ayağı tərəfindən gəldi. Cəbrayıl (ə) dedi: “Ey Əbu Talibin oğlu, xoş sənin kimi insanların halına ki, Allah mələklər qarşısında səninlə fəxr edir”.[4]

Həzrət Əlinin (ə) fədakarlığının İsmayılın (ə) təslimiyyətindən üstünlüyü

Seyid İbn Tavus, İmam Əlinin (ə) Peyğəmbərin (s) yatağında yatmasını, İbrahim peyğəmbərin (ə) oğlu İsmayılın (ə) qurban kəsmə zamanındakı təslimiyyəti ilə müqayisə etmişdir. Onun fikrincə, İmam Əlinin (ə) fədakarlığı İsmayılın (ə) təslimliyindən daha üstündür; çünki İsmayıl (ə) atası tərəfindən qurban kəsilməyə hazır idi; amma İmam Əli (ə) özünü düşmənləri tərəfindən öldürülməyə hazırlamışdı.[5]

Peyğəmbəri (s) öldürmək planı

Tarixi mənbələrə görə, bir qrup Qüreyş kafiri Peyğəmbərlə (s) necə rəftar etmələri barədə qərar vermək üçün Darun-Nəndvədə toplaşıblar. Bu məclisdə qərara alındı ​​ki, hər qəbilədən bir nəfər seçilsin və gecə vaxtı Peyğəmbərə (s) hücum etsinlər və o Həzrəti öz evində qrup halında öldürsünlər. Çünki bu halda onun qanı bütün qəbilələr arasında bölünəcəkdi və Peyğəmbərin (s) ailəsi və qan sahibi olan Bəni-Haşim bütün Qüreyş qəbilələri ilə döyüşə bilməyib, məcbur oub fidyə almağa razı olmalı idi.[6]

Bu qərardan sonra Cəbrayıl (ə) Peyğəmbərin (s) hüzuruna nazil olub müşriklərin planlarını ona çatdırdı.[7] Buna görə də Peyğəmbər (s) müşriklər gəlməmiş evini tərk edib Mədinəyə tərəf hicrət etmək qərarına gəldi.[8]

Həzrət Əlinin (ə) Peyğəmbərin (s) yatağında yatması

Məclisinin nəql etdiyi rəvayətə əsasən, Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurdu: “Müşriklər bu gecə məni öldürmək istəyirlər, mənim yatağımda yatarsan?” İmam Əli (ə) deyir: “Belə olan halda siz salamat qalacaqsınız?” Peyğəmbər (s) buyurdu: “Bəli”. İmam Əli (ə) gülümsədi, şükür səcdəsi etdi və başını səcdədən qaldırdıqda dedi: “Sizə tapşırılan işi yerinə yetirin ki, gözüm, qulağım və qəlbim sizə fəda olsun”.[9] Peyğəmbər (s), Əlini (ə) qucaqladı və hər ikisi ağlayıb bir-birindən ayrıldılar.[10]

Müşriklər gecənin əvvəlindən Peyğəmbərin (s) evini mühasirəyə almışdılar. Onlar gecə yarısı hücum etməli idilər; amma Əbu Ləhəb belə dedi: “Bu vaxt qadınlar və uşaqlar evin içərisindədirlər və sonra ərəblər bizim haqqımızda deyəcəklər ki, əmi uşaqlarının hörmətlərini saxlamadılar.[11] Onlar yataqda yatan Həzrət Əliyə (ə) bir daş atdılar ki, yataqda bir şəxsin yatdığından əmin olsunlar. Həmçinin yataqda yatanın Allahın Rəsulu (s) olduğuna şübhə etmirdilər.[12] Səhər evə hücum edəndə Həzrət Əlini (ə) Allah Rəsulunun (s) yatağında gördükləri zaman “Muhəmməd (s) haradadır?” dedilər. Əli (ə) cavab verdi: “Məgər onu mənə tapşırmışdınızmı ki, indi məndən istəyirsiniz?! Elə bir iş gördünüz ki, Onu evi tərk etməyə məcbur etdiniz”. Bu zaman onlar Həzrət Əliyə (ə) hücum edərək onu incitdilər, sonra da onu evdən çıxarıb döydülər. Onu neçə saat Məscidul-Həramda həbs etdilər və sonra azad etdilər.[13]

Başqa bir rəvayətdə deyilir ki, Əli (ə) onların qılınclarını çəkib ona tərəf hücum etdiklərini gördükdə, xüsusi bir cəldliklə hamıdan öndə olan Xalid ibn Vəlidin qılıncını alıb onları özündən uzaqlaşdırdı. Dedilər ki, bizim səninlə işimiz yoxdur; amma de görək, Məhəmməd (s) haradadır? Əli (ə) cavab verdi ki, mənim ondan xəbərim yoxdur. Sonra qüreyşlilər Peyğəmbəri (s) axtarmağa başladılar.[14]

Leylətul-məbit ayəsi

وَ مِنَ النَّاسِ مَن یشْرِی نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّـهِ وَ اللَّـهُ رَءُوفٌ بِالْعِبَادِ
“İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah Öz bəndələrinə qarşı çox mehribandır!”



(Bəqərə surəsi, ayə 207)


Şeyx Tusi “Misbahul-Müttəhəccid” kitabında bu hadisənin vaxtını Peyğəmbərin (s) hicrətinin birinci ilinin rəbiul-əvvəl ayının ilk gecəsində baş verdiyini bildirmişdir.[15]

Əlinin (ə) şərəfinə “şira” (alqı-satqı) ayəsinin nazil olması

Əsas məqalə: Leylətul-məbit ayəsi

Şiə alimləri[16] və bir qrup sünni alimləri[17] hesab edirlər ki, “leylətul-məbit” və ya “şira” ayəsi (Bəqərə surəsinin 207-ci ayəsi) “leylətul-məbit” hadisəsində həzrət Əlinin (ə) şərəfinə nazil olmuşdur.

İbn Əbil-Hədid Nəhcül-bəlağənin şərhində ustadı Əbu Cəfərdən belə nəql edir: “Mütəvatir olaraq sübut olunmuşdur ki, bu ayə İmam Əli (ə) haqqında nazil olmuşdur və onu inkar edən ya dəlidir, ya da müsəlmanlarla heç bir əlaqəsi yoxdur”.[18]

“Şira” ayəsində Allah, Onuun rizası üçün canını fəda etməyə hazır olanları tərifləmişdir.[19]

Sənət əsərləri

Şer

“Leylətul-məbit” hadisəsi haqqında şeirlər yazılmışdır. Yəmən şairlərinin şahı kimi tanınan Həsən ibn Əli Həbəl hicri 1076-cı ildə “Nəfsi Fidaəl-Qurra” adlı bir şer yazmışdır və bu şeir “Divanul-Həbəl”də nəql edilmişdir. Onun beytlərindən bəziləri belədir:

مَنْ نامَ فی مَرقدِ النبی دُجی              وَ اَعیُنُ المشرکینَ لمْ تَنَمِ
فداه بالنفسَ لمْ یَخَفْ اَبدا                  ما دَبَّروا من عظیم کیدهم

“Əli (ə) Peyğəmbərin (s) yatağında yatan şəxsdir. Bir halda ki, hədsiz qorxudan müşriklərin gözlərinə yuxu getməmişdi. O, [Əli (ə)] onun [Peyğəmbər (s)] üçün canını fəda etdi və onların hazırladıqları böyük sui-qəsddən heç vaxt qorxmadı”.[20]

Bəzi şeirləri də Həzrət Əlinin (ə) özünə nisbət verirlər:

وَقَيْتُ بِنَفْسِي خَيْرَ مَنْ وَطِئَ اَلْحَصَى *** وَ مَنْ طَافَ بِالْبَيْتِ اَلْعَتِيقِ وَ بِالْحَجَرِ
رَسُولَ إِلَهِ اَلْخَلْقِ أَنْ مَكَرُوا بِهِ *** فَنَجَّاهُ ذُو اَلطَّوْلِ اَلْكَرِيمُ مِنَ اَلْمَكْرِ
وَ بِتُّ أُرَاعِيهِمْ وَ مَا يُثْبِتُونَنِي *** وَ قَدْ صَبَرَتْ نَفْسِي عَلَى اَلْقَتْلِ وَ اَلْأَسْرِ

“Yer üzünə gəlmiş ən yaxşı insanı, Kəbə evini və qara daşı təvaf edən şəxsi canımla qorudum. O, Allahın elçisi idi. Onun üçün məkrli plan hazırladılar. Uca Allah onu bu məkrli plandan xilas etdi. Mən o Həzrətin yatağında yatdım və onlara diqqətlə baxırdım. Amma onlar yataqda yatanın mən olduğumu bilmədilər. Həmçinin mən özümü öldürülmək və əsir düşməyə hazırladım”.[21]

Leylətul-məbit sənədli filmi

Həsən Ruhul-Əmin “Nəfse Rəsul” tablosunda İmam Əlini (ə) Peyğəmbərin (s) yatağında yatarkən təsvir etmişdir.

Bu sənədli film, İmam Əlinin (ə) mədhi və o Həzrətin “leylətul-məbit” hadisəsindəki fədakarlığı barədə çəkilmiş sənədli filmdir. Şeyx Məhəmməd Tuxinin İmam Əlinin (ə) mədhi və fədakarlığı əsərini göstərən bu sənədli film 2016-cı ilin noyabrında Seyid Məhəmməd Qasimian tərəfindən İran televiziya kanallarında yayımlanıb. Seyid Həsən Səadət Mustəfəvi bu sənədli filmdə “leylətul-məbit” hadisəsini və bu hadisədə Həzrət Əlinin (ə) rolunu açıqlamışdır.[22]

Rəsm əsəri

İranlı rəssam Həsən Ruhul-Əmin (şəmsi təqvimi ilə 1364-cü il təvəllüdlü) “Nəfs Rəsul” tablosunda İmam Əlini (ə) Peyğəmbərin (s) yatağında yatarkən təsvir etmişdir.[23]

İstinadlar

  1. Səduq, Əl-Xisal, h.ş 1362, c.2, s.560
  2. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.13, s.262
  3. Seyid İbn Tavus, Əl-Yəqin, s.350
  4. Tusi, Əl-Əmali, h.q 1414, s.469; Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.123
  5. Seyyid ibn Tavus, İqbalul-əmal, h.q 1409, c.2, s.595-596
  6. Təbərsi, İlamul-vəra, h.q 1417, s.145
  7. İbn Əsir, Əl-Kamil, h.q 1417, c.1, s.694
  8. Hələbi, Əs-Siyrətul-Hələbiyyə, c.2, s.32
  9. Məclisi, Biharul-ənvar, h.q 1403, c.19, s.60
  10. Tusi, Əl-Əmali, h.q 1414, s.466
  11. Hələbi, Əs-Siyrətul-Hələbiyyə, c.2, s.32
  12. Tusi, Əl-Əmali, h.q 1414, s.466-467
  13. Məclisi, Biharul-əmvar, h.q 1403, c.19, s.92
  14. Tusi, Əl-Əmali, h.q 1414, s.467
  15. Şeyx Tusi, Misbahul-Müttəhəccid, h.q 1411, s.791
  16. Əyyaşi, Təfsirul-Əyyaşi, c.1, s.101; Tusi, Ət-Tibyan, c.2, s.183; Təbatəbai, Əl-Mizan, m. 1973, c.2, s.99-100
  17. Hakim Nişaburi, Əl-Mustədrək, c.3, s.5; Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.123-131; Zərkeşi, Əl-Burhan, m. 1957, c.1, s.206; Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.5, s.350
  18. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.13, s.262
  19. Bəqərə surəsi, ayə 207
  20. Hubel, Diyvanul-Hubel, h.q 1407, s.122
  21. Kəraçəki, Ət-Təccubi min əğlazil-amməti fi məsələtil-imamə, h.q 1421, s.123
  22. https://www.iribnews.ir/fa/news (farsca)
  23. https://shiaarts.ir/gallery/

Ədəbiyyat

  • Qurani-Kərim
  • İbn Əbil-Hədid, Əbdül-Həmid, Nəhcül-bəlağənin şərhi, Qum, h.q 1404
  • İbn Əsir, Əl-Kamil, Təhqiq: Ömər Əbdüs-Səlam, Beyrut, Darul-kutubil-ərəbi, 1-ci çap, h.q 1417
  • Hakim Nişaburi, Məhəmməd ibn Abdullah, Əl-Mustədrək, Təhqiq: Mustafa Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə
  • Həskani, Übeydullah ibn Abdullah, Şəvahidut-tənzil, Tehran, 1-ci çap, h.q 1411
  • Hələbi, Əli ibn İbrahim, Əs-Siyrətul-Hələbiyyə, Beyrut, Darul-mərifə
  • Zərkeşi, Məhəmməd ibn Abdullah, Əl-Burhan, Təhqiq: Məhəmməd İbrahim, Beyrut, 1-ci çap, m. 1957
  • Seyyid ibn Tavus, Əli ibn Musa, İqbalul-əmal, Tehran, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1409
  • Səduq, Məhəmməd ibn Əli, Əl-Xisal, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, Came müdərrisin, h.ş 1362
  • Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Qum, 1-ci çap, h.q 1417
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, h.q 1414
  • Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Düzəliş: Əhməd Həbib Amili, Beyrut, 1-ci çap
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Misbahul-Müttəhəccid, Beyrut, h.q 1411\m. 1991
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Təhqiq: Seyyid Haşim Rəsuli Məhəllati, Tehran
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, 3-cü çap, h.q 1420
  • Kəraçəki, Məhəmməd ibn Əli, Ət-Təccubi min əğlazil-amməti fi məsələtil-imamə, Qum, 1-ci çap, h.q 1421
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Hubel, Həsən ibn Əli, Diyvanul-Hubel, Təhqiq: Əhməd ibn Məhəmməd Şami, 2-ci çap, h.q 1407