Peyğəmbərin (s) Nəcran xristiyanları ilə mübahiləsi

wikishia saytından
(Mubahilə hadisəsi səhifəsindən yönləndirilmişdir)
Bu məqalə Peyğəmbərin (s) Nəcran xristiyanları ilə mübahiləsi haqqındadır. Quranda bu hadisə haqda məlumat almaq üçün Mübahilə ayəsi adlı məqaləyə daxil olun.
Mübahilə hadisəsi
Mübahilə vaqiəsi
Əbu Rehan Biruninin hicri-qəməri tarixi ilə 707-ci ildə çap olunmuş “Asarul-baqiyyə” kitabının bir nüsxəsində Mübahilə hadisəsinin təsviri.
Əbu Rehan Biruninin hicri-qəməri tarixi ilə 707-ci ildə çap olunmuş “Asarul-baqiyyə” kitabının bir nüsxəsində Mübahilə hadisəsinin təsviri.
Hadisənin izahıPeyğəmbərin (s) Nəcran xristiyanları ilə mübahiləsi
İki tərəfPənc tən (Peyğəmbər (s), Əli (ə), Fatimə (ə), Həsən (ə), Hüseyn (ə) \ Nəcran xristiyanları
Zaman21 və ya 24 Zilhiccə, 9 və ya 10 hicri-qəməri
DövrəHicrətin 1-ci əsri
MəkanMədinə
HədəflərPeyğəmbərin (s) və ya Nəcran xristianlarının doğruluğunu sübut etmək
NəticələrNəcranın bəzi xristianlarının İslamı qəbul etməsi
ƏlaqəliMübahilə ayəsi


Peyğəmbərin (s) Nəcran xristianları ilə mübahiləsi (ərəbcə: مباهلة النبي مع نصارى نجران) İslamın ilkin çağlarında baş vermiş hadisələrdəndir ki, Peyğəmbərin (s) dəvətinin haqq olduğunu bildirən nişanələrdən hesab olunur. Bu hadisə həm də Peyğəmbərin (s) və onunla mübahilədə birgə olanların, yəni İmam Əlinin (ə), Xanım Fatimənin (s.ə) və Həsəneynin (İmam Həsən və İmam Hüseynin) fəzilətinə dəlalət edir.

Ali-İmran surəsinin 61-ci ayəsi Mübahilə hadisəsinə işarə etdiyi üçün Mübahilə ayəsi adı ilə məhşurdur. Şiələr inanırlar ki, Mübahilə ayəsində İmam Əli (ə) Peyğəmbərin (s) nəfsi və canı yerindədir və ona görə də bu ayəni İmam Əlinin (ə) fəzilətlərindən hesab edirlər. Bu hadisə şiə və sünni mənbələrində nəql edilmişdir.

Mənbələrə əsasən, Peyğəmbər (s) Nəcran xristianları ilə münazirə etdikdən və onlar iman gətirmədikdən sonra həzrət onlara mübahilə etməyi təklif etdi və onlar da Peyğəmbərin (s) bu təklifini qəbul etdilər. Lakin təyin olunmuş gündə Nəcran xristianları Peyğəmbərin (s) ailə üzvlərini özü ilə gətirdiyini görüb mübahilə etməkdən imtina etdilər. Mübahilə, haqq olduğunu sübut etmək üçün Allahdan qarşı tərəfə qarğış və lənət etməsini istəməkdir ki, haqq olduğunu iddia edən iki tərəf arasında gerçəkləşir.

Bu hadisənin baş verdiyi il və gün barəsində müxtəlif fikirlər vardır. Tarixçilər arasında məhşur rəy budur ki, bu hadisə hicrətin 10-cu ilində baş verib. Həmçinin dua kitablarında Zilhiccə ayının 24-cü günü üçün Mübahilə günü başlığı altında əməllər qeyd edilmişdir.

Bu hadisə ilə bağlı yazılı və sənət əsərləri hazırlanmışdır. Onların arasında Əbu Reyhan Biruninin “Asarul-baqiyyə” adlı kitabının bir nüsxəsində (nəşr tarixi: 707-ci hicri-qəməri ili) dərc olunmuş bir rəsmdir.

Əhəmiyyəti

Ali-İmran surəsinin 61-ci ayəsi

Peyğəmbərin (s) Nəcran xristianları ilə mübahiləsi İslam peyğəmbərinin dəvətində haqq olduğunu sübut etmək üçün istifadə edilən hadisələrdəndir.[1] Qurani-Kərim Ali-İmran surəsində bu hadisəyə toxunmuşdur.[2] Həmçinin, bu hadisə beş kimsənin (Peyğəmbərin (s), Əlinin (s), Fatimənin (s.ə), Həsən (ə)Hüseynin (ə)) fəzilətlərindən sayılır.[3] Təfsir[4] və tarix[5] mənbələrində bu barədə qeyd olunmuşdur. Bu hadisə ilə bağlı yazılı və sənət əsərləri hazırlanmışdır.

Hadisənin izahı

Mübahilə hadisəsində Nəcran xristianların baş yepiskopu deyir: “Əgər Məhəmməd haqq olmasaydı, ən əziz adamları ilə birgə gəlməzdi və əgər bizimlə mübahilə etsə, il bitməmiş yer üzündə bir nəfər də olsun xristian qalmaz”. Başqa bir rəvayətə görə, “Mən elə çöhrələr görürəm ki, əgər Allahdan bir dağı yerdən qopartmasını istəsələr, hər şübhəsiz, o dağ yerindən qopar. Buna görə də mübahilə etməyin, çünki həlak olacaqsınız və yer üzündə bir nəfər də olsun xristian qalmayacaq”. (Zəməxşəri, Əl-kəşşaf, hicri-qəməri 1407-1416, səh.368-369)

İslam Peyğəmbəri (s) dünya hökumətlərinin başçılarına məktub yazmaqla bərabər Nəcran yepiskopuna da məktub yazaraq Nəcran sakinlərini İslamı qəbul etməyə dəvət etdi.

Nəcran xristianlarını təmsil edən bir qrup Mədinəyə gedib Məscidun-Nəbidə İslam Peyğəmbəri ilə mübahisə etdilər. Peyğəmbər özünü təqdim etməklə yanaşı Həzrət İsanı (ə) Allahın bəndələrindən biri olduğu qeyd etdi. Onlar bunu qəbul etmədilər və İsanın atasız doğulmasını onun ilahiliyinin sübutu kimi qələmə verdilər.[6]

Hər iki tərəf öz əqidələrinin doğru olmasına israr etdikdən sonra məsələyə mübahilə vasitəsilə son qoymaq qərara alındı. Buna görə də qərara alındı ki, ertəsi gün hamı Mədinə şəhərindən kənarda səhrada mübahiləyə hazırlaşsınlar.

Mübahilə gününün səhəri Peyğəmbər (s) İmam Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyn (ə) ilə birlikdə Mədinədən çıxdı. Xristianlar Peyğəmbərin (s) ən əziz adamları ilə birlikdə mübahiləyə gəldiyini və mübahilə üçün peyğəmbərlər kimi diz üstə oturduqlarını gördükdə, mübahilədən daşınıb sülh etmək istədilər. Peyğəmbər də cizyə vermələri şərti ilə onların bu istəyini qəbul etdi. Xristianlar Nəcrana qayıtdıqdan sonra heyətin böyüklərindən ikisi hədiyyələrlə Peyğəmbərin (s) hüzuruna gələrək müsəlman oldular.[7] Sünni təfsir alimlərindən olan Fəxri Razi (vəfatı 606-cı hicri-qəməri ili) deyir ki, təfsir və hədis alimləri bu hadisə haqqında həmfikirdirlər.[8]

Mübahilə ayəsi

فَمَنْ حَاجَّكَ فِیهِ مِن بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَ أَبْنَاءَكُمْ وَ نِسَاءَنَا وَ نِسَاءَكُمْ وَ أَنفُسَنَا وَ أَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَتَ اللَّـهِ عَلَی الْكَاذِبِینَ
Buna görə də sənə elm (vəhy) gəldikdən sonra, hər kim onun barəsində (İsa Məsih (ə) haqqında) səninlə mübahisə etsə, höcətləşsə, ona de: Gəlin, biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq. Sonra (Allahın dərgahına) sızlayaq (yalvaraq), beləliklə Allahın lənətini yalançılara yağdıraq.



Ali-İmran surəsi, ayə 61


Ali-İmran surəsinin 61-ci ayəsi mübahilə hadisəsinə işarə etdiyi üçün Mübahilə ayəsi adlanır:

Qazi Nurullah Şüştərinin dediyinə görə, təfsir alimləri həmfikirdirlər ki, Mübahilə ayəsindəki “Əbnaəna” (oğullarımız) Həsən və Hüseynə, “Nisaəna” Fatiməyə (s.ə), “Ənfusənə” isə İmam Əliyə (ə) aiddir.[9] Həmçinin Əllamə Məclisi Mübahilə ayəsinin Ali-Əbanın şənində nazil olmasına dəlalət edən hədisləri mütəvatir hesab etmişdir.[10] (Hicri-qəməri 1014-cü ildə yazılmış) “İhqaqul-həqq” kitabında təqribən altmışa yaxın əhli-sünnət mənbələrindən Mübahilə ayəsinin bu şəxslər barədə olduğunu açıq-aydın vurğulayan mənbə qeyd edilir.[11]

Peyğəmbər (s): “Canım əlində olan Allaha and olsun ki, Nəcran əhlinin məhvi yaxın idi və əgər onlar mənimlə mübahilə etsəydilər, hamısı meymuna və donuza çevrilər və bütün bu vadi onlar üçün od olub onları yandırardı. Allah-təala bütün Nəcran əhalisini məhv edəcəkdi, hətta bir quş belə onların ağaclarında qalmayacaqdı və bütün xristianlar il bitməmiş öləcəkdilər”. (Şeyx Müfid, Əl-irşad, c.1, səh.166-171.)


Şiə imamları[12] və həmçinin Peyğəmbərin bəzi səhabələri[13] İmam Əlinin (ə) fəzilətlərini sübut etmək üçün bu ayəyə dəlil ünvanında istinad etmişlər.

Zaman və Məkan

Tarixi mənbələrə əsasən, Mübahilə hadisəsi Peyğəmbərin (s) Mədinəyə hicrətdən sonra baş vermişdir.[14] Amma onun baş verdiyi il və gün barədə müxtəlif fikirlər var. Şeyx Müfidə (vəfatı hicri-qəməri 413) görə, Mübahilə Məkkənin fəthindən sonra (yəni hicrətin 8-ci ilində) baş vermişdir.[15] (Hicri-qəməri 303-cü ildə yazılmış) “Tarixi-Təbəri”də isə bu hadisənin hicrətin onuncu ilində baş verdiyi qeyd edilir.[16] Məhəmməd Məhəmmədi Reyşəhrinin (vəfatı hicri-qəməri 1401-ci il ) “Fərhəngnameye mübahilə” kitabında dediyinə əsasən, məşhur tarixçilər bu hadisənin hicrətin 10-cu, bəziləri isə hicrətin 9-cu ilində baş verdiyini hesab edirlər.[17]

Mübahilə günü haqqında da müxtəlif fikirlər var; Məsələn, Zilhiccə ayının 21,[18] 24[19]25-də baş verməsi kimi.[20] Şeyx Ənsari Zilhiccə ayının 24-nü məhşur rəy hesab edir.[21] Həmçinin dua kitablarında Zilhiccə ayının 24-cü günü üçün xüsusi əməllər qeyd olunmuşdur.[22] Şeyx Abbas Qumi “Məfatihul-Cinan” kitabında bu əməlləri qeyd etmişdir ki, qüsl almaqoruc tutmaq da onlardan biridir.[23]

Məkan

Mübahilə hadisəsi Mədinədə baş verib. Amma onun dəqiq yeri məlum deyil. Bəqi yaxınlığında Mübahilə məscidi və Məscidul-ucacə[24] kimi tanınan, zəvvarların mübahilə məkanı kimi ziyarət etdikləri bir məscid var.[25] Amma deyirlər ki, tarixi mənbələrdə bu adda bir məscid qeyd edilməyibdir.[26] Şiə yazıçısı Məhəmməd Sadiq Nəcmi (vəfatı hicri-şəmsi 1390) bu məscidin Mübahilə ilə heç bir əlaqəsi olmadığına inanır və hesab edir ki, bu səh, ucacə və mübahilə anlayışının oxşarlığından və həmçinin İbn Məşhədinin Mübahilə məscidində namaz qılmaqla bağlı tövsiyəsindən irəli gəlib.[27]

İbn Məşhədi (vəfatı hicri-qəməri 610) “Əl-məzarul-kəbir” kitabında Mübahilə məscidindən söz açmış və orada namaz qılmağı tövsiyə etmişdir.[28] Məhəmməd Sadiq Nəcminin sözlərinə görə, Mübahilə yerində məscidin olmamasının səbəbi Peyğəmbərin (s) həmin məkanda namaz qılmamasıdır, çünki müsəlmanlar Peyğəmbərin (s) namaz qıldığı bəlii olan yerlərdə məscid inşa edirdilər.[29]

Kitablar və sənət əsərləri

Mübahilə hadisəsi barədə çoxsaylı kitablar yazılmışdır ki onlardan bəzilərinə toxunuruq:

  • MəhəmmədƏli Əsgəri və MəhəmmədƏli Nəcəfinin yazdığı “Mənbəşenasiye vaqeeye mübahilə” kitabı; 1401-ci şəmsi ilində nəşr olunan bu kitabda bu mühabilə ilə bağlı müxtəlif dillərdə 80-ə yaxın kitab, 25 tezis, 100 məqalə və bir neçə proqram və media resursları oxuculara təqdim edilmişdir.[30]
  • Məhəmməd Məhəmmədi Rəyşəhri və başqalarının qələmə aldığı “Fərhəngnameye mübahilə” əsəri (müxaliflərlə müqayisəetmə üsulu); Bu əsərdə əhli-sünnətin təfsir alimi Fəxri Razinin (vəfatı hicri-qəməri 606) və şiənin kəlam alimlərindən olan Şeyx Müfidin (vəfatı hicri-qəməri 413) nəqlinə əsasən Mübahilə hadisəsi haqqında məlumat verilmişdir. Həmçinin bu əsərdə Əhli-beytin bu ayəni müxaliflərə höccət gətirmələri və Mübahlə gününün əməlləri də qeyd olunmuşdur. Darul-Hədis nəşriyyatı bu əsəri 1395-ci şəmsi ilində 154 səhifədə çap etdirmişdir.[31]
  • Louis Massinyunun qələmə aldığı “Mübahilə dər Mədinə” kitabı; Bu kitab 1378-ci şəmsi ilində Mahmud İftixarzadə tərəfindən tərcümə edilmiş və onun kitaba yazdığı müqəddimə ilə “Resaləte Qələm” nəşriyyatında çap edilmişdir.
  • Seyyid Məhəmməd Ələvinin yazdığı “Mübaheleye Sadiqin” əsəri. Qum, Nəğəmat, h.ş.1383
  • “Asare müntəxəbe cəşnvareye ədəbiye mübahele” Mübahilə sahəsində ilk müstəqil ədəbi əsər hesab olunur və Mübahilə Ədəbiyyat Festivalında təqdim olunan əsərlərin seçmələrini özündə ehtiva edir. Bu kitab iki hissəyə bölünür: “şeir” və “ədəbi nəsr”.[32]

Sənət əsəri

Mübahilə hadisəsi ilə bağlı rəsmlər, animasiyalar və s. kimi sənət əsərləri də hazırlanmışdır. Bu əsərlərdən ən qədimi Əbu Rehan Biruninin “Asarul-baqiyyə” kitabının bir nüsxəsində yer almış bir rəsmdir. Bu nüsxə hicri-qəməri 707-ci ildə çap olunmuşdur və Fransada saxlanılır.[33] Tarixçi Rəsul Cəfəriyanın sözlərinə görə, bu rəsm çox güman ki, kitaba nüsxəyazan (kopirayter) tərəfindən əlavə edilmişdir.[34]

İstinadlar

  1. Pakniya, "Mübahilə, ruşəntərin bavərhaye şie", s.51
  2. Ali-İmran surəsi, syə 61
  3. Mərəşi, İhqaqul-həqq, h.q 1409, c.3, s.46
  4. Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.2, s.310; Fəx Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.8, s.247
  5. İbn Əsir, Əl-Kamilu fit-tarix, h.ş 1385, c.2, s.293-294
  6. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1373-1374, c.2, s.578
  7. Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.2, s.310; İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, s.392
  8. Fəx Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.8, s.247
  9. Mərəşi, İhqaqul-həqq, h.q 1409, c.3, s.46
  10. Məclisi, Həqqul-yəqin, c.1, s.67
  11. Mərəşi, İhqaqul-həqq, h.q 1409, c.3, s.46-72
  12. Müfid, Əl-Fusulul-muxtarə, h.q 1414, s.38; Təbatəbai, Əl-Mizan, h.ş 1351\1352, c.3, s.229-230
  13. Təbatəbai, Əl-Mizan, h.ş 1351\1352, c.3, s.232
  14. Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.166-171
  15. Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.166-171
  16. Təbəri, Taarixul-uməmi vəl-muluk, h.ş 1387, c.3, s.139
  17. Məhəmmədi Reyşəhri, Farhəngnameye Mubahile, h.ş 1395, s.83-87
  18. Mubiydi, Kəşful-əsrar, h.ş 1371, c.2, s.147
  19. İbn Şəhraşub, h.q 1376, c.3, s.144; Şeyx Tusi, Əl-Mutəhəccid, h.q 1411, c.2, s.759
  20. Şeyx Tusi, Əl-Mutəhəccid, h.q 1411, c.2, s.759
  21. Ənsari, Kitabut-təharət, c.3, s.48-49
  22. Şeyx Tusi, Əl-Mutəhəccid, h.q 1411, c.2, s.764
  23. Qumi, Məfatihul-cinan, h.ş 1384, 2-ci bab, Mübahilə gününün əməlləri, s.451-458
  24. Fazil Lənkərani, Mənasiku Həcc, h.ş 1373, s.242
  25. Nəcmi, Məscidul-ucacə ya məscide Mübahile, s.123
  26. Nəcmi, Məscidul-ucacə ya məscide Mübahile, s.124
  27. Nəcmi, Məscidul-ucacə ya məscide Mübahile, s.122
  28. İbn Məşhədi, Əl-məzarul-kəbir, h.q 1419, s.102
  29. Nəcmi, Məscidul-ucacə ya məscide Mübahile, s.126
  30. «دو نقاشی بی نظیر از روز غدیر و مباهله در نسخه‌ای از الاثار الباقیه ابوریحان بیرونی»
  31. «منبع‌شناسی واقعه مباهله وارد بازار نشر شد.», hawzahnews.com saytı
  32. «آثار منتخب جشنواره ادبی مباهله»
  33. «دو نقاشی بی نظیر از روز غدیر و مباهله در نسخه‌ای از الاثار الباقیه ابوریحان بیرونی»
  34. «دو نقاشی بی نظیر از روز غدیر و مباهله در نسخه‌ای از الاثار الباقیه ابوریحان بیرونی»

Ədəbiyyat

  • İbn Əsir, Əl-Kamilu fit-tarix, Beyrut, Daru sadir, h.ş 1385\m.1965
  • İbn Səd, Ət-Təbəqatul-kübra, Təhqiq: Məhəmməd ibn Samil, m.1993\h.q 1414
  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, h.q 1376
  • İbn Məşhədi, Məhəmməd ibn Cəfər, Əl-Məzarul-kəbir, Qum, 1-ci çap, h.q 1419
  • Ənsari, Mürtəza, Kitabut-təharət, Qum
  • Zəməxşəri, Mahmid ibn Ömər, Əl-Kəşşaf, Düzəliş: Msutafa Hüseyn Əhməd, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1407\1416
  • Şüştəri, Qazi Nurullah, İhqaqul-həqq, 1-ci çap, h.q 1409
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Misbahul-mütəhəccid, 1-ci çap, h.q 1411
  • Təbatəbai, Seyyid Məhəmməd Möhsin, Əl_Mizan, Beyrut, h.ş 1352\1351
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, h.q 1415
  • Təbəri, Məhəmməd ibn Cəfər, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, Beyrut, h.ş 1387\m.1967
  • Fazil Lənkərani, Məhəmməd, Mənasiku Həcc, Qum, Mehr, h.ş 1373
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, h.q 1420\m.1999
  • Qumi, Şeyx Abbas, Məfatihul-cinan, Qum, 2-ci çap, h.ş 1384
  • Məclisi, Məhəmməd Baqir, Həqqul-yəqin, İslamiyyə nəşri
  • Məhəmmədi Reyşəhri, Məhəmməd, Fərhəngnameye mubahilə, Qum, darul-hədis, 1-ci çap, h.ş 1395
  • Müfid, Məhəmməd ibn Məhəmməd, Təhqiq: Alul-Beyt (ə) müəssisəsi, Qum, h.q 1413
  • Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-Fusulul-muxtarə, h.q 1414
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1373

Xarici keçid