Əmirəl-möminin (ləqəb)

wikishia saytından
(Əmirəl möminin səhifəsindən yönləndirilmişdir)
Bu məqalə Əmirəl-möminin ləqəbi haqqındadır. Şiələrin birinci imamı üçün İmam Əli (ə) məqaləsinə baxın.

Əmirəl-möminin (Ərəbcə: أمير المؤمنين ) şiələrin Həzrət Əliyə (ə) məxsus olduğuna inandıqları bir ləqəbdir. Şiələr bu ləqəbi digər məsum imamlar üçün istifadə etmirlər. Şiələrə görə, bu ləqəb ilk dəfə Məhəmməd Peyğəmbərin (s) dövründə Əli ibn Əbu Talib üçün istifadə edilmişdir.

Qəməri təqviminin beşinci əsrində şiə alimlərindən olan Şeyx Müfidin dediyi kimi Peyğəmbər (s) Qədir-Xum hadisəsində Əli ibn Əbu Talibi (ə) öz canişini və müsəlmanların mövlası kimi tanıtdı. Həmçinin hamıdan Əliyə (ə) Əmirəl-möminin ləqəbi ilə salam verməsini istədi. Bu kontekstdə Ümmü Sələmə (Peyğəmbərin (s) həyat yoldaşı) və Ənəs ibn Malikin rəvayətlərinə istinad edilir ki, hətta Peyğəmbərin (s) sağlığında İmam Əli (ə) ilə bağlı Əmirəl-möminin ləqəbindən istifadə olunduğu göstərilsin. Lakin sünni tarixçilərindən olan İbn Xəldun (hicri 808-ci ildə vəfat edib) səhabələrin bu adı ilk dəfə Ömər İbn Xəttab barədə işlətdiyini iddia edir. Bu iddia sünni mənbələrində nəql olunan rəvayətlərlə ziddiyyət təşkil edir. Onlarda Peyğəmbərin (s) Həzrət Əlini (ə) Əmirəl-möminin ləqəbi ilə vəsf etdiyi bildirilmişdir.

Əmirəl-möminin ləqəbi ikinci xəlifənin dövründən siyasi mənada istifadə olunur. ilk xəlifələr (Əbu Bəkr istisna olmaqla), Əməvi xəlifələri və Abbasi xəlifələri üçün də istifadə olunmuşdur. 7-ci əsrdə yaşamış şiə alimi Seyyid ibn Tavus bu ləqəbin İmam Əliyə (ə) məxsus olduğunu sübut etmək üçün "Əl-yəqin bi-ixtisasi Mövlana Əli bi-əmiril-möminin" kitabını yazmışdır.

Tərif

Əmirəl-möminin müsəlmanların əmiri, sərkərdəsi və rəhbəri mənasındadır.[1] Şiələr bu vəsfin ancaq İmam Əli (ə) üçün işlədilməsinə inanırlar. Həmçinin rəvayətlərə görə, bu ləqəbi başqa məsum imamlar üçün istifadə etməkdən çəkinirlər.[2]

"Məfatihul-Cinan"da deyildiyinə görə, şiələrə Qədir-Xum bayramı günü bir-birləri ilə görüşdükləri zaman xüsusi zikr demələri tövsiyə olunur. O zikrdə Əmirəl-möminin Əlinin (ə) vilayətinə bağlı olmaq vurğulanır.[3]

Əmirəl-möminin sözünün yazılış formasının tablosu, Əli Xeyrinin əsəri, İsfahanlı xəttat

Peyğəmbərin (s) Əli (ə) haqqında Əmirəl-möminin ləqəbindən istifadə etməsi

Şiələrin fikrincə, Əmirəl-möminin ləqəbinin mənşəyi və ilk istifadəsi Peyğəmbər tərəfindən (s) gəlmişdir. O həzrət bu ləqəbi Əli İbn Əbu Talibə (ə) xitab edərək işlətmişdir. Lakin İmam Əlinin (ə) xilafətdən uzaq qalmasına görə bu termin ikinciüçüncü xəlifələr üçün geniş şəkildə işlədilib.[4]

Bu baxımdan şiələr, şiə və sünnilər vasitəsilə nəql olunmuş hədislərə istinad edirlər. Ümmü Sələmə[5] və həmçinin Ənəs ibn Malikdən gələn rəvayətə görə, Peyğəmbər (s) iki həyat yoldaşı ilə söhbətində Əli ibn Əbu Talibdən "Əmirəl-möminin" olaraq yad etmişdir.[6]

Həmçinin, əhli-sünnə alimlərindən olan İbn Mərdəviyyə İsfahaninin "Mənaqib" kitabında verdiyi bir neçə rəvayətə əsasən, Peyğəmbər (s) İmam Əlini (ə) bir neçə dəfə Əmirəl-möminin ləqəbi ilə vəsf etmişdir. Bu hədislərin birində Cəbrailin Əlini (ə) Allah Rəsulunun (s) hüzurunda Əmirəl-möminin çağırdığı bildirilir.[7]

Şiə rəvayətlərində də bildirilir ki, Qədir-Xum hadisəsində də İslam Peyğəmbəri (s) həzrət Əlini (ə) öz canişini və bütün müsəlmanların mövlası kimi tanıtdı. Həmçinin hamıdan Əliyə (ə) "Əmirəl-möminin" ləqəbi ilə salam verməsini istədi. Buna əsasən, müsəlmanlar Peyğəmbərin (s) tələbinə əməl edərək qrup halında Əlinin (ə) çadırına daxil olub Peyğəmbərin (s) buyurduğu şəkildə salam verdilər.[8]

Digər rəvayətlərə görə, Peyğəmbər (s) Əbu Bəkr, Ömər, TəlhəZübeyr də daxil olmaqla yeddi nəfərdən eyni salamı vermələrini istədi və onlar da Peyğəmbərin (s) istəyini yerinə yetirdilər.[9]

Şiələr "Əmirəl-möminin" ləqəbinin İmam Əli (ə) barəsində deyildiyini sübut etmək üçün Ömər ibn Xəttabın bir cümləsinə də istinad ediblər. Buna əsasən, o, Qədir-Xum hadisəsində həzrət Əlini (ə) bütün mömin kişi və qadınların mövlası adlandırmışdır.[10] Bəzilərinin nəzərinə görə, bu müraciətdə mömin sözünün işlədilməsi İmam Əli (ə) üçün Əmirəl-möminin ləqəbini qəbul etmək deməkdir.[11]

Əmirəl-möminin ləqəbindən ilk istifadə haqqında İbn Xəldunun fikri

Sünni tarixçisi İbn Xəldun (hicri 808-ci ildə vəfat edib) ikinci xəlifənin dövründə "Əmirəl-möminin" ləqəbinin yaranması və Ömər ibn Xəttaba şamil edilməsi haqqında belə deyir: "Səhabələr Əbu Bəkri Rəsulullahın (s) xəlifəsi adlandırırdılar. Ondan sonra Ömər ibn Xəttabı Allah Rəsulunun (s) xəlifəsi adlanırdılar. Lakin bu söz ağır idi. Ya Abdullah ibn Cəhş, ya Əmr-As, ya Muğəyrə ibn Şubə, ya da Əbu Musa Əşəri kimi tanınan səhabələrdən biri Ömərə Əmirəl-möminin deyə müraciət etdi. Buna görə də səhabələr bu sözü bəyəndilər və onu bu ləqəblə çağırmaq qərarına gəldilər.[12] Bəzi rəvayətlərə görə, ikinci xəlifənin özünün bu adın qoyulmasında rol oynamışdır.[13] Üçüncü əsrin tarixçisi Yəqubinin dediyinə görə, bu əhvalat 18-ci hicri ilinə aiddir.[14] Əlbəttə ki, sünni mənbələrində bu ləqəbin Peyğəmbər (s) tərəfindən İmam Əliyə (ə) verildiyi aydın şəkildə bəyan edilmişdir.[15] Həmçinin bəzi yazarların fikrincə, İbn Xəldun şeyxlərin (Əbu Bəkr və Ömər) üstünlüyünə inandığı üçün sünnilərin tarixi rəvayətlərini yox etməyə və onların ravilərinin ədalətsiz olduqlarını bildirməyə çalışmışdır. O, üç xəlifənin, Əməvi xəlifələrinin və Abbasi xəlifələrinin məqamını ucaltdı ki, İmam Əli (ə) ƏməviAbbasi xəlifələrinin sırasında qərar tutsun.[16]

İbn Xəldunun yazdığına görə, o zaman ordu sərkərdələrini Əmir adlandırırdılar. Səhabələr də Qadisiyyə döyüşündə (hicri 14) müsəlman ordusunun komandiri olan Səd ibn Əbi Vəqqası Əmirəl-möminin adlandırırdılar.[17] Həmçinin Peyğəmbərdən (s) sonra müsəlman hökumətlərində Əmirəl-möminin ləqəbi siyasi mənada istifadə edilmişdir. Habelə ilk xəlifələrə (Əbu Bəkrdən başqa), Bəni-Üməyyə və Bəni Abbas xəlifələrinə işarə etmək üçün həmişə istifadə edilmişdir.[18]

Monoqrafiya

7-ci əsrdə yaşamış şiə alimi Seyyid ibn Tavus "Əl-yəqin bi-ixtisasi Mövlana Əli bi-əmiril-möminin" kitabını yazmışdır. O, bu kitabda sünni mənbələrindən gələn 220 hədisə əsaslanaraq "Əmirəl-möminin" ləqəbinin İmam Əliyə (ə) məxsus olduğunu bildirib.[19] Onun fikrincə, Peyğəmbər (s) bu ləqəbi Əli ibn Əbu Talibə (ə) məxsus etmişdir.[20]

İstinadlar

  1. Dayrətul-məarife təşəyyo, h.ş 1368, Mədxəle Əmirəl-möminin, c.2, s.522
  2. Məclisi, Biharul-ənvar, h.q 1403, c.37, s.334; Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.14, s.600
  3. Qummi, Məfatihul-cinan, Zile əmale ruze 18 zil-hicce
  4. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.48; İbn Uqdə Kufi, Fəzailu Əmirəl-muminin, h.ş 1379, s.13; İbn Əsakir, Tarixu mədinəti Dəməşq, h.q 1425, c.42, s.303 və 386; Əbu Nueym İsfəhani, Hilyətul-əvliya, h.q 1407, c.1, s.63
  5. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.48
  6. İbn Əsakir, Tarixu mədinəti Dəməşq, h.q 1425, c.42, s.303 və 386; Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.48; Əbu Nueym İsfəhani, Hilyətul-əvliya, h.q 1407, c.1, s.63
  7. İbn Mərdviyyə, Mənaqib, h.ş 1382, s.62-64
  8. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.176
  9. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.48
  10. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.177
  11. Müntəziri Müqəddəm, "Bərresi karbordhaye ləqəbe Əmirəl-muminin dər bəstəre tarixe İslam, s.136
  12. İbn Xəldun, Divanul-mubtəda vəl-xəbər, h.q 1408, c.1, s.283
  13. Təbəri, Tarixul-uməmi vəl-muluk, Beyrut, c.4, s.208
  14. Yəqubi, Tarixul-yəqubi, Daru Sadir, c.2, s.150
  15. İbn Əsakir, Tarixu Mədinəi Dəməşq, hq 1425, c.42, s.303 və 386
  16. Mustafa, Davəri dər əndişehaye İbn Xəldun dər bareye İmam Əli (ə) və məsələye xilafət, s.92
  17. İbn Xəldun, Divanul-mubtəda vəl-xəbər, h.q 1408, c.1, s.283
  18. İbn Xəldun, Divanul-mubtəda vəl-xəbər, h.q 1408, c.1, s.283
  19. Təqəddumi Məsumi, Nurul-əmir fi təsbiti xutbətil-ğədir, h.ş 1379, s.97
  20. «الیقین باختصاص مولانا علی(ع) بامره المؤمنین», Hədis net saytı

Ədəbiyyat

  • Əbu Nəim İsfahani, Əhməd ibn Abdullah, Hilyətul-əvliya və Təbəqatul-əsfiya, Beyrut, DArul-kutubil-ərəbi, h.q 1407
  • İbn Xəldun, Əbdür-Rəhman ibn Muhəmməd, Divanul-mübtəda vəl-xəbər fi tarixil-ərəb, Beyrut, Darul-fekr, h.q 1408, m.1988
  • İbn Əsakir, Tarixu mədinəti Dəməşq, Beyrut, Darul-fikr, h.q 1425
  • İbn Uqdə Kufi, Fəzailu-Əmirəl-möminin, Qum, Enteşarate dəlil, h.ş 1379
  • İbn Mərdviyyə, Əhməd ibn Musa, Mənaqibu Əli ibn Əbi Talib, Qum, Darul-hədis, h.ş 1382
  • Mustafa, İbn Xəldunun İmam Əli (əleyhissalam) və xilafət məsələsi haqqında düşüncələrində hökm داوری در اندیشه‌های ابن‌خلدون درباره امام علی علیه‌السلام و مسأله خلافت
  • Təqəddumi Məsumi, Əmir, Nurul-Əmir (ə) fi təsbiti xutbətil-ğədir, Qum, Movlude Kəbe, h.ş 1379
  • Hürr Amili, Muhəmməd ibn Həsən, Vəsailuş-şiə, Təhqiq: Muhəmməd Riza Hüseyni Cəlali, Qum, Muəssisətu Alil-Beyt li-ehyait-teras, h.q 1416
  • Dayrətul-məarife Təşəyyö, Tehran, Muəssiseye enteşarate hikmət, h.ş 1367
  • Şeyx Mufid, Muhəmməd ibn Muhəmməd, Əl-irşad fi mərifəti hucəcillah ələl-ibad, Təhqiq: Muəssisətu Alil-Beyt, Qum, h.q 1413
  • Təbəri, Muhəmməd ibn Cərir, Tarixul-uməm vəl-muluk, Muhəmməd Əbulfəzl İbrahim, Beyrut
  • Qummi, Şeyx Abbas, Məfatihul-cinan, Tərcümə: Musəvi Damğani, Məşhəd, Enteşarate Astane Qudse Rəzəvi, 11-ci çap
  • Məclisi, Muhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Muəssisətul-vifa, h.q 1403
  • Müntəziri Müqəddəm, Hamid, Bərrresiye karbordhaye ləqəbe Əmirəl-Möminin dər bəstəre tarixe İslam, dər məcəlleye tarixe İslam dər ayineye pejuheş, Qum, Muəssisətu İmam Xomeyni
  • Yəqubi, Əhməd ibn Vazih, Tarixul-yəqubi, Beyrut, Daru Sadir