İkmal ayəsi

wikishia saytından
(Maidə surəsinin üçüncü ayəsi səhifəsindən yönləndirilmişdir)
İkmal ayəsi
Mehrab hissəsində İkmal ayəsi olan tablo. Bu şəkil İmam Rza (ə)-ın hərəminin muzeyində saxlanılır.
Mehrab hissəsində İkmal ayəsi olan tablo. Bu şəkil İmam Rza (ə)-ın hərəminin muzeyində saxlanılır.
Ayənin adıİkmal
Yerləşdiyi surəMaidə
Ayənin nömrəsi3
Cüz6
Nazil olma səbəbiQədir-xum günündə İslam Peyğəmbəri (s) tərəfindən İmam Əlinin (ə) canişinliyinin elan edilməsi.
Nazil olma məkanıMəkkə
MövzuEtiqadi
Barəsindəİmam Əli (ə) və Qədir-xum hadisəsi
Başqa ayələr ilə bağlılığıTəbliğ və vilayət ayəsi


İkmal ayəsi (ərəbcə: آية الإكمال), Maidə surəsinin üçüncü ayəsinin bir hissəsidir ki, burada Allah kafirlərin ümidsizliyindən, dinin tamamlanmasından, Allahın nemətlərinin tamamlanmasından və İslamın bəşəriyyətin son dini olaraq qəbul edilməsindən bəhs edir. Peyğəmbərin (s) Əhli-beytindən gələn rivayətlərə əsasən, şiələr bu ayənin Qədir-Xum hadisəsi haqqında nazil olduğuna inanırlar. Dinin və nemətin kamil olmasından məqsəd, Həzrət Əlinin (ə) Peyğəmbərə (s) vəliyy və canişin olmasının elan edilməsidir. Bunun əksinə, əhli-sünnə ayənin Ərəfə günü nazil olduğunu hesab edir və dinin kamil olmasından məqsədin İslamın bütün hökmlərinin bəyan olmasına inanır.

Sünni təfsirçiləri ayənin əvvəlində və sonunda bir sıra şəriət hökmlərinin qeyd edildiyi səbibi ilə deyirlər ki, dinin kamil olmasından məqsəd İslamın bütün şəriət hökmlərinin tamamlanması deməkdir. Lakin şiələr ayənin kafirlərin ümidsizliyindən bəhs etdiyini nəzərə alaraq, inanırlar ki, tək şəriət hökmləri kafirləri İslamdan ümidsizləşdirə bilməz. Çünki kafirlərin tam ümidsizliyi o zaman baş verir ki, Allah peyğəmbərin (s) canişini olan və dini davam etdirən birini dinin işlərinə nəzarət və idarə etmək üçün təyin etsin.

Mürtəza Mütəhhəri "İkmal" və "İtmam" arasındakı fərq haqqında belə demişdir: "İtmam" əvvəllər bir şeyin natamam olduğu yerdir. Amma "İkmal"da nəsə düzgün və tam görünə bilər, amma gözlənilən nəticə olmadığı üçün kamil olmaya bilərur. "İkmal" ayəsində İmam Əlinin (ə) imamətə təyin olunması əmri həm dinin bir hissəsi, həm də onun tamamlanması idi. Həm də dinin digər hissələrinin kamilləşməsinə səbəb olmuşdur. Çünki dinin ruhu vilayətimamətdir.

Məqamı və əhəmiyyəti

"İkmal" ayəsi Maidə surəsinin üçüncü ayəsinin bir hissəsidir.[1] Bu ayə İmam Əlinin (ə) imamətini isbat etmək üçün şiənin dəlillərindən biridir.[2] Bu ayədə dörd mühüm işin baş verdiyi bir gündən bəhs edilir. Onlar bunlardan ibarətdir: Kafirlərin ümidsizliyi, dinin tamamlanması, ilahi nemətin tamamlanması və İslamın bəşəriyyət üçün son din olaraq qəbul edilməsidir.[3] Şiələr Əhli-beytin (ə) hədislərinə əsaslanaraq inanırlar ki, bu gün həzrət Əlinin (ə) Peyğəmbərə (s) canişinliyinin elan edilməsi ilə bu işlər həyata keçdi.[4]

Ayənin mətni və tərcüməsi

...الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا...
...Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim...[5]



(Maidə, surəsi ayə 3)


Ayənin nazil olma səbəbi

Qədir-Xum hadisəsi ilə bağlı olan İkmal ayəsi

Şiə mənbələri "İkmal" ayəsinin nazil olma səbəbini Qədir-Xum hadisəsi və İmam Əlinin (ə) müsəlmanlar üzərində vilayəti kimi qiymətləndirirlər.[6] Şiələr inanırlar ki, İslam Peyğəmbəri (s) son həccini yerinə yetirdikdən sonra, geri qayıdarkən, Qədir-Xum adlanan ərazidə müsəlmanları bir yerə topladı və bir xütbədə İmam Əlini (ə) müsəlmanların vəlisi və öz canişini kimi tanıtdı. Xütbədən sonra müsəlmanlar İmam Əli (ə) ilə beyət etdilər.[7] Sonra "İkmal" ayəsi nazil oldu və İslam dininin kamil olmasını xəbər verdi. "Əl-Qədir" kitabında Əllamə Əmini və "Əbəqatul-Ənvar" kitabında Mirhamid Hüseyn bu ayənin İmam Əli (ə) və Qədir hadisəsi ilə bağlı nazil olmasını təsdiq və sübut etmək üçün sünni mənbələrindən çoxlu dəlillər gətiriblər.[8]

Ayənin nazil olma zamanı

Müsəlmanlar "İkmal" ayəsinin Həccətul-Vidada nazil olması ilə həmfikirdirlər. Lakin onun nazil olduğu gün haqqında müxtəlif fikirlər irəli sürmüşlər.[9] Əhli-beytdən (ə) gələn rəvayətlərin əksəriyyəti[10] və şiə alimlərinin icması budur ki, "İkmal" ayəsi Qədir-Xum günü və ya ondan az sonra nazil olmuşdur.[11] Sünni alimlərindən bəziləri də bu ayənin Qədir-Xum günü nazil olmasının rəvayətini bildirərkən onu zəif hesab ediblər.[12] Əllamə Əmini əhli-sünnə rəvayətlərinin dəlillərini nəzərdən keçirərək onların sünnilərin standartlarına uyğun olaraq etibarlı olduğuna inanır.[13]

Bəzi sünni mənbələrinə, o cümlədən Şamlı İbn Kəsirin iki təfsir və tarixi kitabına görə, ayə Ərəfə günü nazil olmuşdur.[14] Şiə tarixinin alimi Seyyid Cəfər Mürtəza Amuli "İkmal" ayəsinin iki dəfə nazil olduğuna inanır: İlk dəfə Ərəfə günü ki, Peyğəmbər (s) bəzi səbəblərə görə onu elan etməkdən narahat idi. Bu səbəbdən Təbliğ ayəsi nazil oldu və Allah bu ayədə Peyğəmbərə (s) zəmanət verdi ki, heç bir problem yaranmayacaq. Sonra Qədir-Xum günü yenidən "İkmal" ayəsi nazil oldu.[15]

Dinin kamil olmasından məqsəd

Şiə və sünni təfsirçiləri «أَکمَلْتُ لَکمْ دینَکمْ» (dininizi sizin üçün kamil etdim) ifadəsi haqqında müxtəlif fikirə sahibdirlər.[16] Sünni təfsirçiləri ayənin əvvəlində və sonunda şəriət hökmlərinin bəyan edilməsinə görə deyirlər ki, dinin kamil olmasından məqsəd bu ayənin nazil olması ilə İslamın bütün şəriət hökmlərinin kamil olmasıdır.[17]

Ayədə kafirlərin ümidsizliyindən bəhs edildiyinə görə şiələr bu fikri qəbul etməyib və inanıblar ki, şəriət hökmləri təklikdə dini qoruyub saxlaya bilməz və kafirləri İslamdan ümidsizliyə sala bilməz. Çünki kafirlərin tam ümidsizliyi o zaman baş verir ki, Allah, Peyğəmbərin (s) canişini ola biləcək və dini yaşada biləcək bir şəxsi din işlərinə nəzarət etmək, qorumaq, planlaşdırmaq və ümməti hidayət etmək üçün təyin etsin. Nəticə etibarı ilə dinin kamil olma ayəsi Qədir-Xum hadisəsi (18 Zilhiccə, 11-ci hicri ili) və İmam Əlinin (ə) vilayətinin elan edilməsi ilə əlaqədardır.[18] Həmçinin bu ayədə qeyd olunan şəriət hökmlərinin elan edilməsi ilə İslamın hökmləri kamil olmadı; Çünki bundan sonra da İslamın hökmlərini ifadə edən başqa ayələr nazil olmuşdur.[19] Şiələr Əhli-beyt (ə) rəvayətlərinə istinad edərək, dinin və nemətin kamil olmasının mənasını Peyğəmbərdən (s) sonra həzrət Əlinin (ə) vilayət və canişinliyinin elan olunması hesab edirlər.[20]

Kamil olmaqla tamamlanmağın fərqi

Şiə mütəfəkkiri Mürtəza Mütəhhəri bu ayədə "kamil olma" və "tamamlama" arasındakı fərq haqqında yazır: "Tamamlamaq" orada deyilir ki, əvvəllər bir struktur yarımçıq qala. Bina kimi ki, bütün işləri bitməmiş ona “yarımçıq” deyirlər. Amma kamil olmaq odur ki, bir şey düzgün və tam ola bilər, lakin onun ruhu olmadığı və ondan gözlənilən nəticələrin alınmadığı üçün ona natamam deyilir. "İkmal" ayəsində bu əmr (yəni İmam Əlinin imamətə təyin olunması) dinin əmrlərindən biri və onun tərkib hissələrinin bir hissəsi olduğuna görə dinin tamamlanmasına səbəb oldu. Həmçinin bu göstəriş onların hamısının kamilliyi sayılır, çünki o olmasaydı, bütün digər əmrlər natamam olardı; Çünki dinin ruhu vilayət və imamətdir. Əgər insanın vilayətiimaməti yoxdursa, onun əməli ruhsuz bədən kimi olar.[21]

Əlaqədar məqalə

İstinadlar

  1. Əllamə Hilli, Nəhcül-həqq və kəşfus-sidq, m. 1982, s.192
  2. Təyyib, Ətyəbul-bəyan, h.ş 1378, c.4, s.422
  3. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.4, s.263
  4. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.246; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.4, s.264-265
  5. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  6. Əmini, Əl-Ğədir, h.q 1416, c.1, s.447
  7. Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.176-177
  8. Əmini, Əl-Ğədir, h.q 1416, c.1, s.448-456; Hüseyni Milani, Nəfəhatul-əzhar, h.q 1423, c.8, s.261
  9. Corcani, Cilaul-əzhan, h.ş 1377, c.2, s.325
  10. Kuleyni, Əl-Kafi, h.q 1388, c.1, s.292-289; Bəhrani, Əl-Burhan, h.q 1415, c.1, s.434-447
  11. Əmini, Əl-Ğədir, h.q 1416, c.2, s.115
  12. İbn Kəsir, Təfsirul-Quranil-Əzim, h.q 1420, c.3, s.28; Siyuti, Əd-Durrul-mənsur, h.q 1403, c.3, s.19
  13. Əmini, Əl-Ğədir, h.q 1416, c.1, s.294-298
  14. İbn Kəsir, Təfsirul-Quranil-Əzim, h.q 1420, c.3, s.28; İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1408, c.5, s.155
  15. Amili, Əs-Səhihu min siyrətin-Nəbiyyil-Əzəm, h.ş 1385, c.31, s.310
  16. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.245-246; Alusi, Ruhul-məani, h.q 1415, c.3, s.233-234
  17. Alusi, Ruhul-məani, h.q 1415, c.3, s.233-234
  18. Təbatəbai, Əl-Mizan, h.q 1418, c.5, s.176
  19. Təbatəbai, Əl-Mizan, h.q 1418, c.5, s.174
  20. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.246; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.4, s.264-265
  21. Mütəhhəri, Mürtəza, Məcmue asar, c.25, s.188-189

Ədəbiyyat

  • İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayə vən-nəhayə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1408
  • İbn Kəsir, İsmail ibn Ömər, Təfsirul-Quranil-Əzim, Riyaz, h.q 1420
  • Əmini, Əbdül-Hüseyn, Əl-Ğədir, Tehran, h.ş 1366
  • Bəhrani, Seyyid Haşim, Əl-Burhan, Qum, Besət müəssisəsi, h.q 1415
  • Corcani, Hüseyn ibn Həsən, Cilaul-əzhan, Tehran, 1-ci çap, h.ş 1377
  • Hüseyni Milani, Əli, Nəfəhatul-əzhar, Qum, h.q 1423
  • Siyuti, Cəlaluddin Əbdür-Rəhman, Əd-Durrul-mənsur, Darul-fikr, h.q 1403
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, İslami nəşriyyat, h.q 1417
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 137
  • Təyyib, Seyyid Əbdül-Hüseyn, Ətyəbul-bəyan, Tehran, İslam nəşriyyatı, 2-ci çap, h.ş 1378
  • Amili, Seyyid Səfər Mürtəza, Əs-Səhihu min siyrətin-Nəbiyyil-Əzəm, Qum, h.ş 1385
  • Əyyaşi, Məhəmməd, Kitabut-təfsir, Qum, h.q 1421
  • Əllamə Hilli, Həsən ibn Yusif, Nəhcül-həqq, Beyrut, 1-ci çap, m. 1982
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1388
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1374
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, h.q 1413

Xarici keçid