Təbliğ ayəsi

wikishia saytından
(Maidə ayə 67 səhifəsindən yönləndirilmişdir)
Təbliğ ayəsi
Mehrab hissəsində İkmal ayəsi olan tablo. Bu şəkil İmam Rza (ə)-ın hərəminin muzeyində saxlanılır.
Mehrab hissəsində İkmal ayəsi olan tablo. Bu şəkil İmam Rza (ə)-ın hərəminin muzeyində saxlanılır.
Ayənin adıTəbliğ
Yerləşdiyi surəMaidə surəsi
Ayənin nömrəsi67
Cüz6
Nazil olma səbəbiƏmirəl-mömininin (ə) canişinliyi
Nazil olma məkanıMəkkə
MövzuEtiqadi
BarəsindəQədir-xum hadisəsi
Başqa ayələr ilə bağlılığıİkmal ayəsiVilayət ayəsi


Təbliğ ayəsi (ərəbcə: آية التبليغ) (Maidə: 67) Peyğəmbərə (s) nazil olan son ayələrdən biridir ki, ona əsasən, İslam Peyğəmbəri (s) insanlara bir mesajı çatdırmaq məcburiyyətindədir. Əgər onu çatdırmaqda səhlənkarlıq edərsə, o, peyğəmbərlik missiyasını yerinə yetirməmiş olacaq.

Şiələrin və bəzi sünnilərin fikrincə, Təbliğ ayəsi hicri 10-cu ildə vida həccində və 18 zilhiccədən bir qədər əvvəl nazil olmuşdur. Şiə əqidəsində ayənin mövzusu xilafət xəbəri və İmam Əlinin (ə) canişinliyidir. Peyğəmbər (s) ayə nazil olduqdan sonra bu ilahi əmri yerinə yetirmişdir.

Ayənin mətni və tərcüməsi

يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ ۖ وَإِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ ۚ وَاللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz.[1]



(Maidə surəsi, 67)


Ayənin nazil olma səbəbi

Təfsirçilər bildiriblər ki, "Təbliğ ayəsi" Allah Rəsulunun (s) zilhiccə ayının 18-də vida həccindən qayıtdıqdan sonra Qədir-Xum bölgəsində nazil olmuşdur.[2] Sünni mənbələrində də bu ayənin nazil olma vaxtı və yerinin Qədir-Xum olduğunu bildirən rəvayətlər vardır.[3] Şiə alimləri şiə imamlarının və bəzi səhabələrin rəvayətlərinə əsaslanaraq, "Təbliğ ayəsi"nin nazil olma səbəbini Qədir-Xum hadisəsiƏmirəl-möminin Əlinin (ə) canişinliyinin elan edilməsi hesab edirlər.[4] Sünni alimləri də "Təbliğ ayəsi"nin nazil olma səbəbini Peyğəmbərin (s) peyğəmbərliyinin və ya Peyğəmbərin (s) İslamı yaymaq vəzifəsinin başlanğıcı hesab edirlər.[5]

Şiə mənbələrinə görə, Cəbrail ilk dəfə vida həcci zamanı Həzrət Peyğəmbərin (s) yanına gəldi və ondan Əlinin (ə) canişinliyi üçün camaatdan beyət almasını istədi. Amma Peyğəmbər (s) Qüreyşmünafiqlərin düşmənçiliyini və onların Əmirəl-möminin Əliyə (ə) qarşı kin-küdurətini bildiyi üçün təfriqə salmaqlarını və cahiliyyətə qayıtmaq təhlükəsini görüb, Allahdan onu xalqdan qorumasını istədi. Cəbrayıl ikinci dəfə Xaif məscidində Peyğəmbərin (s) hüzuruna gəldi və o həzrəti camaatın təhlükəsindən qoruyacağına söz vermədən yenə həmin əmri elan etdi. Üçüncü dəfə Vəhy mələki Məkkədən Mədinəyə gedən yolda Peyğəmbərin (s) hüzuruna gəldi və yenə eyni əmri təkrarladı. Peyğəmbər (s) Cəbrailə buyurdu: "Mən qorxuram ki, camaat məni Əlinin canişinliyi məsələsində yalançı hesab edib, sözlərimi qəbul etməsinlər". İlahi mələk son mərhələdə Qədir-Xum adlı gölməçənin yanında Peyğəmbərə (s) nazil olur və Allahın əmrini təkrar etdikdən sonra münafiqlərin şərrindən qorumaq vədini də Allah Rəsuluna çatdırır.[6]

Digər ehtimallar

Ayənin nazil olması səbəbi ilə bağlı başqa ehtimallar da qeyd edilmişdir ki, İslam və şiə alimləri onları tənqid ediblər:

1. Ayənin Məkkədə nazil olması

Bəzi əhli-sünnə alimləri belə hesab edirlər ki, "Təbliğ" ayəsi Məkkədə (Peyğəmbərin peyğəmbərliyinin əvvəlində) nazil olmuşdur. Həmçinin onun nazil olmasının səbəbi Peyğəmbərə (s) dinin həqiqətlərini kafirlərəmüşriklərə çatdırmaq əmrinin verilməsi olmuşdur. Bəzi rəvayətlərə görə, Peyğəmbəri (s) düşmənlərinin hücumlarından qorumağa xatir onun üçün mühafizəçilər təyin edilmişdi; Lakin "Təbliğ" ayəsi nazil olduqdan sonra o Həzrət mühafizəçilərini azad etdi və buyurdu ki, Allah məni pis niyyətlilərin şərrindən qoruyacaq. Bundan əlavə, o Həzrət dinin həqiqətlərini kafirlərə və müşriklərə qorxusuz şəkildə çatdırmaq əmri aldı.[7]

Bu ehtimalın qəbul edilməməsi

Bu görüşü tənqid edən təfsirçilər "Maidə" surəsinin Mədinədə nazil olmasında həmfikirdirlər.[8] Həmçinin hədislərə əsasən, Abdullah ibn Ömərdən nəql ediblər ki, "Maidə" surəsi nazil olan son surədir.[9] Buna görə də "Təbliğ" ayəsinin Məkkədə nazil olması və bu ayənin uzun illər müəyyən surəyə əlavə olunmadan tək oxunması və ya bəlkə də arxivdə olması ehtimalı doğru deyildir.[10]

Bundan əlavə, bəzi mütəxəssislər Peyğəmbərin (s) Məkkədə canının qorunması ilə bağlı olan rəvayətləri qərib və münkər hədis hesab ediblər.[11]


2. Təbliğ ayəsinin Əhli-kitaba aid olması

Bəzilərinin yazdığı kimi, "Təbliğ" ayəsi Mədinədə nazil olmuşdur[12] və onun nazil olmasında məqsəd Allah Rəsuluna (s) nazil olan həqiqətləri Kitab əhlinə qorxusuz şəkildə çatdırmağa əmr etmək idi.[13] Əbu Həyyanın dediyinə görə, Peyğəmbərə (s) çatdırmaq əmr edilən vəzifəsi yəhudilərin və xristianların Tövratda və İncildə təhrif etdikləri və dəyişdirdikləri "rəcm" (daşqalaq) və qisas hökmünün elan edilməsi idi.[14] Onun arqumenti budur ki, bu ayədən əvvəl və sonrakı söz də kitab əhli haqqındadır və ayənin mövzusu ondan əvvəlki və sonrakı ayələrin mövzusuna yad olmamalıdır.[15]

Bu ehtimalın qəbul edilməməsi

Tarixi mənbələrə görə, müsəlmanlarla yəhudilər arasında gedən müharibələrdən, o cümlədən Bəni-Qüreyzə və Xeybər döyüşlərindən sonra yəhudilərin qüdrəti çökdü.  Onların bazalarının ələ keçirilməsi və bir neçəsinin Mədinədən kənara sürgün edilməsi ilə onların nüfuzu aradan getdi.[16] Xristianların Səudiyyə Ərəbistanında, xüsusən də Mədinədə gücləri yox idi. Müsəlmanların onlarla qarşılaşdıqları yeganə qarşıdurma Mübahələ hadisəsi idi.[17] Bu da xristianların istəyi ilə ləğv edildi.

Buna görə də Allah Rəsulunun (s) həyatının son illərində o Həzrətin və müsəlmanların qüdrətini nəzərə alsaq, onun yəhudi və xristianlardan narahat olması üçün heç bir əsas yox idi ki, dinin həqiqətlərini onlara çatdırmaqdan qorxsun. Bundan əlavə, mövzu baxımından "Təbliğ" ayəsi özündən əvvəlki və sonrakı ayələrə yad deyil. Çünki bundan əvvəlki və sonrakı ayələr yəhudi və xristianları qınamaq üçündür. Çox güman ki, Allah Rəsulunun (s) rehlət etməsi ilə müsəlmanların qüdrət dövrünün keçdiyini və yenidən onların təsir və hökmranlığına zəmin yarandığını düşünürdülər. Amma Peyğəmbərdən (s) sonra İslam ümmətinin rəhbərliyini təyin etməkdən bəhs edən "Təbliğ" ayəsi bu təsəvvürün əsassız olduğunu ortaya qoydu. Bu mətləb İmam Əlinin (ə) vilayətinin elan edilməsindən sonra nazil olan "İkmal" ayəsi ilə uyğun gəlir.[18]


3. Peyğəmbərə bir xatırlatma

Həzrət Peyğəmbərdən (s) gələn rəvayətə görə, hicri 7-8-ci əsrlərin mühəddis və sufilərindən olan İbrahim ibn Məhəmməd Həmui Cəvini bu ayənin nazil olmasının bir xatırlatma olduğunu hesab edir. Bu rəvayətdə Peyğəmbər (s) merac səfərində və yeddinci səmada belə bir səs eşitdi ki, Əli (ə) Allahın nişanəsi və möminlərin dostudur. Onu camaata tanıt. Həzrət Məhəmməd (s) meracdan qayıtdıqdan sonra o çağırışı unutdu və onu xatırlatmaq üçün "Təbliğ" ayəsi nazil oldu.[19]

Ayənin mühüm məqamları

Bu missiyanın əhəmiyyəti

Bu ayə nəzərdə tutulan xəbərin böyük əhəmiyyətinə və həssaslığına işarə edir; Çünki aydındır ki, xəbər çatdırılmadığı təqdirdə, Allahın təyin etdiyi peyğəmbərlik missiyası yerinə yetirilməmiş olacaq. Sanki çatdırılacaq xəbər peyğəmbərlik və nübüvvət missiyası ilə eyni dəyərə malikdir. Çatdırılacaq mesajın tövhid, nübüvvət və məad kimi əqidə sahəsində və ya namaz, oruchəcc kimi fiqhi bir məsələ barəsində olduğunu güman etmək olmaz. Çünki "Maidə" surəsi nazil olan son surələrdən idi və bu həqiqətlər ondan əvvəl Peyğəmbərə (s) nazil edilmiş və insanlara çatdırılmışdı.  Demək olar ki, Allah Rəsulunun (s) ömrünün sonunda bir şeyi elan etmək vaxtı çatmışdı ki, insanlar üçün mühüm və yeni olmaqla yanaşı, öz yerində peyğəmbərlik prinsipinin tamamlayıcısı hesab olunurdu. Bu, Peyğəmbərin (s) rehlətindən sonra İslam ümmətinin rəhbərliyinin elan olunması planından başqa bir şey deyildi. Əslində, Peyğəmbərə (s) çatdırılması tapşırılan xəbər o qədər əhəmiyyətli idi ki, əgər bunu etməsəydi, dinin digər hökm və əmrləri diqqətdən kənarda qalacaq və təsirsiz olacaqdı. Həmçinin ruhsuz bir bədən kimi olacaqdı. O, ümmətin rəhbərlik və vilayət məsələsidir. Allahın izni ilə İmam dinin qoruyucusu, cəmiyyətin işlərinə başçılıq edən və onları idarə edən olmalıdır. Habelə şiə və sünni rəvayətləri də təsdiq edir ki, "Maidə" surəsinin 67-ci ayəsi İmam Əlinin (ə) vilayəti haqqında nazil olub.[20]

Peyğəmbərin (s) mesajı çatdırmaqla bağlı qayğısı

Məsələnin həssaslığına görə Peyğəmbər (s) mesajı çatdırmaqdan narahat idi. Lakin Allah "vəllahu yəsimukə minənnas" (Allaha and olsun ki, O, səni insanlardan qoruyacaq) vədi ilə onu narahatçılıqdan qurtardı. Peyğəmbərin narahatlığı öz canından qorxduğu üçün deyildi. Canından narahat olsaydı belə, narahatçılığı xəbəri çatdırmamış öldürülmüş olmasından idi.

Yaxud insanların (münafiqlərin) onu inkar edib böhtan atacağından və Allahın dinini təbliğ etməyin effektli olmasına mane olacaqlarından narahat idi.[21]

Ayənin Qüreyş müşrikləri və kitab əhli ilə bağlı nazil olmasının qəbul edilmədiyini nəzərə alsaq, aydın olur ki, "Təbliğ" ayəsindəki "Nas" sözünün nümunəsi İslam cəmiyyətindəki münafiqlərdir.[22] Həzrət Peyğəmbər (s) Əmirəl-möminin Əlini (ə) öz canişini kimi təqdim edərkən onların müxalifət etməsi və qarşı çıxmalarından narahat idi.

  • Çünki münafiqlər cəmiyyətin başçısı olmaq üçün Peyğəmbərin (s) canişinliyinə tamah salırdılar. Həmçinin dünya nemətlərini əldə etməyi Peyğəmbərin (s) canişini olmaqda görürdüqlər. İmam Əlinin (ə) canişin olması onların arzularını məhv edirdi.[23]
  • Həzrət Əli (ə) möhkəm və əyilməz bir şəxsiyyət kimi tanınırdı.[24]
  • Əvvəllər döyüşlərdə qohumları Əli (ə) tərəfindən öldürülən yeni müsəlmanların qəlblərində o Həzrətə qarşı kin var idi.[25]
  • Həzrət Peyğəmbər (s) rehlət edəndə Həzrət Əlinin (ə) 33 yaşı vardı.  Vəzifəyə təyin olunmaqda insanların yaşının və stajının mühüm meyar sayıldığı bir cəmiyyətdə o Həzrətin rəhbərliyini qəbul etmək sadə məsələ deyildi.[26] Bu məsələ (bir cavanın rəhbər olması), Təbuk döyüşündə, Peyğəmbər (s) Həzrət Əlini (ə) Mədinədə öz yerinə qoyduqda və ya ömrünün son anlarında Üsamə ibn Zeydi sərkərdə təyin etdikdə təyid edilmişdir.[27]

Ayənin son cümləsi

Ayənin son cümləsi "innəllahə la yəhdil-qəvməl-kafirin" (şübhəsiz, Allah kafirlər qrupunu hidayət etməz) ayənin mövzusu ilə bağlıdır. Həmçinin bunu göstərir ki, bu ayədə "nas" (camaat) dedikdə, Peyğəmbərin (s) İmam Əlinin (ə) vilayəti ilə bağlı missiasının təbliğinə və yerinə yetirməsinə mane olmağa çalışan inadkar kafirlər nəzərdə tutulur. Əllamə Təbatəbainin dediyinə görə, bu cümlə (innəllahə la yəhdil-qəvməl-kafirin) əslində, ayənin qabaqkı cümləsinin (vəllahu yəsimukə minənnas) təfsiridir. Yəni Peyğəmbərin (s) və İslam dininin münafiqlərin təhlükə, hədə-qorxu və təhqirlərindən qorunması elədir ki, Allah onlara İslam, Peyğəmbər (s) və müsəlmanlara qarşı pis niyyətli olan (kafirlərə, zalımlara, günahkarlara) Peyğəmbərin (s) təbliğini və missiasını təsirsiz etmələrinə icazə verməz. Baxmayaraq ki, bəzi vaxtlarda və yerlərdə müvəqqəti olaraq öz batil istəklərini yerinə yetirə bilirlər, lakin bu daimi olmayacaqdır.[28]

Əlaqəli məqalə

İstinadlar

  1. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  2. Qumi, Təfsirul-Qumi, h.q 1412, c.1, s.179; Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.1, s.332
  3. Siyuti, Əd-Durrul-mənsur, h.q 1414, c.2, s.298; Alusi, Ruhul-məani, h.q 1405, c.6, s.194
  4. Kuleyni, Əl-Kafi, h.q 1401, c.1, s.290, hədis 6; Təbərsi, Əl-İhticac, h.q 1401, c.1, s.57; Əbül-Fətuh Razi, Rəvzul-cinan h.ş 1382, c.4, s.275-281
  5. Təbəri, Cameul-bəyan, h.q 1422, c.8, s.567-569; Salibi, Cəvahirul-hisan, h.q 1416, c.1, s.442; Siyuti, Əd-Durrul-mənsur, h.q 1414, c.2, s.298; Əbu Həyyan, Təfsirul-bəhril-muhit, m. 1983, c.3, s.529
  6. Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.261
  7. Təbəri, Cameul-bəyan, h.q 1422, c.8, s.567-569; Salibi, Cəvahirul-hisan, h.q 1416, c.1, s.442; Siyuti, Əd-Durrul-mənsur, h.q 1414, c.2, s.298
  8. İbn Ətiyyə, Əl-Muhərrərul-vəciz, h.q 1422, c.5, s.5; Qurtubi, Əl-Came li əhkamil-Quran, m. 1965, c.3, s.30
  9. Tirmizi, Əl-cameus-səhih, h.q 1408, c.5, s.261 Abdullah ibn Ömərin nəqlinə görə
  10. İbn Aşur, Təfsrut-təhrir, m. 1984, c.6, s.256
  11. İbn Kəsir, Təfsirul-Quranil-Əzim, Darul-qələm, c.2, s.132
  12. Əbu Həyyan, Təfsirul-bəhril-muhit, m. 1983, c.3, s.529
  13. Təbəri, Cameul-bəyan, h.q 1422, c.4, cüz 6, s.198; Fəxr Razi, Ət-Təfsirul-kəbir, c.12, s.401
  14. Əbu Həyyan, Təfsirul-bəhril-muhit, m. 1983, c.3, s.529
  15. Fəxr Razi, Ət-Təfsirul-kəbir, c.12, s.50
  16. Əhzab surəsi, 26-27; Həşr surəsi, ayə 2-4
  17. Ali-İmran surəsi, ayə 61
  18. Təbərsi, İlamul-vəra, h.q 1417, c.3, s.246; Hüveyzi, h.ş 1383, c.1, s.587-590
  19. Həməvi, Fəraidus-simpteyn, h.q 1400, c.1, s.158
  20. Əllamə Təbatəbai, Əl-Mizan, c.6, s.46-48
  21. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1390 c.6, s.44;
  22. Əllamə Təbatəbai, Əl-Mizan, c.6, s.47
  23. Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.97-99
  24. Əbül-Fəttah Razi, Rəvzul-cinan h.ş 1382, c.4, s.276
  25. «ترس پیامبراکرم، از ابلاغ خلافت امیرالمؤمنین(سلام الله علیه)», valiasr-aj.com saytı
  26. Diynəvəri, Əl-İmamə vəs-siyasə, h.q 1413, s.29
  27. Təbəri, Tarixut-Təbəri, h.q 1387, c.3, s.186
  28. Əllamə Təbatəbai, Əl-Mizan, c.6, s.52

Ədəbiyyat

  • Alusi, Məhəmməd ibn Abdullah, Ruhul-məani, Beyrut, h.q 1405
  • ibn Aşur, Məhəmməd Tahir, Təfsirut-təhrir, Tunis, m. 1984
  • İbn Ətiyyə, Əbdül-Həqq ibn Ğalib, Əl-Muhərrərul-vəciz, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1422
  • İbn Qütbiyye, Abdullah ibn Muslim, Əl-İmamə vəs-siyasə, Təhqiq: Əli Şiri, Qum, h.q 1413
  • İbn Kəsir, İsmail ibn Ömər, Təfsirul-Quranil-əzim, Beyrut, Darul-qələm
  • Əbul-Fətuh Razi, Hüseyn ibn Əli, Təfsiru rəvzil-cənan, Təhqiq: Əbul-Həsən Şerani və Əli Əkbır Ğəffari, Tehran, h.ş 1382-1387
  • Əbu Həyyan, Məhəmməd ibn Yusif, Əl-Muhərrərul-vəciz, Beyrut, h.q 1422
  • Tirmizi, Məhəmməd ibn İsa, Əl-Cameus-səhih, Təhqiq: Şakir Əhməd Məhəmməd, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1408
  • Salibi, Əbdür-Rəhman ibn Əhməd, Əl-Cəvahirul-hisan, Düzəliş: Əbu Məhəmməd, Beyrut, h.q 1416 \ m. 1996
  • Həməvi, İbrahim ibn Məhəmməd, Fəraidus-simpteyn, Düzəliş: Məhəmməd Baqir Məhmudi, Beyrut, Əl-Məhmudi müəssisəsi, h.q 1400
  • Hüveyzi, Əbdü Əli ibn Cümə, Nurus-səqəleyn, Düzəliş: Rəsuli Məhəllati, Qum, h.ş 1383
  • Siyuti, Cəlaluddin, Əd-Durrul-mənsur, Beyrut, Darul-fikr, h.q 1414
  • Təbərsi, Əhməd ibn Əli, Əl-İhticac, Məşhəd, Əl-Mürtəza nəşri, 1-ci çap, h.q 1403
  • Təbərsi, Fəzl ibn Əl-Həsən, İlamul-vəra, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1417
  • Təbərsi, Fəzl ibn Əl-Həsən, Cameul-bəyan, Düzəliş: Rəsuli Məhəllati, Beyrut, h.q 1408
  • Təbəri, Məhəmməd ibn Cərir, Əl-cameul-bəyan, 1-ci çap, h.q 1422 \ m. 2001
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixut-təbəri, Təhqiq: Məhəmməd Əbül-Fəzl İbrahim, Beyrut, h.q 1387
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Səyi ilə:: Rəsuli Məhəllati, Tehran, Əl-Məktəbətul-elmiyyətil-İslamiyyə, h.q 1380
  • Qurtubi, Məhəmməd ibn Əhməd, Əl-Cameu li əhkamil-Quran, Beyrut, m. 1965, h.ş 1364
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Beyrut, h.q 1412 \ m. 1991

Xarici keçid